Bu laboratoriyada insan beynindən kompüter hazırlanır

Bu laboratoriyada insan beynindən kompüter hazırlanırAlimlər "süni beyinlərə" qarşı xüsusi simpatiya hissi bəsləmirlər, onların fikrincə, bunlar sadəcə başqa materialdan hazırlanmış kompüterlərdir. BBC jurnalisti Zoi Klaynman İsveçrənin FinalSpark laboratoriyasına baş çəkib və burada alimlərin üzərində işlədiyi qeyri-adi texnologiyanı - Wetware adlanan miniatür "beyin orqanidlərini" öz gözləri ilə görüb. Bu orqanidlər sınaq borularında insanın dəri hüceyrələrindən əldə edilən kök hüceyrələr vasitəsilə yetişdirilir və kiçik neyron yığınlarından ibarət olur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, onlar siqnal ötürmək və məlumat emal etmək qabiliyyətinə malikdirlər, amma bu proses hələ çox sadə səviyyədədir.

Mini-beyinlər necə yaradılır

Orqanidlərin hazırlanması adi dəri hüceyrələrinin yenidən proqramlaşdırılması ilə başlayır. Bu hüceyrələr kök hüceyrələrə çevrilir və daha sonra laborator şəraitdə böyüdülərək "mini-beyinlərə" çevrilir. Mikroskop altında onlar bir neçə kiçik ağ kürəcik kimi görünürlər.

Lakin bu strukturlar hələ çox kövrəkdir və təxminən dörd ay yaşayırlar, çünki hazırda insan beynində olduğu kimi onları qidalandıran qan dövranı sistemini süni şəkildə yaratmaq mümkün deyil. Maraqlıdır ki, bəzi hallarda orqanidlər "ölüm" ərəfəsində qısa müddətli aktivlik artımı göstərirlər, lakin alimlər bunu sadəcə bioloji reaksiya kimi qiymətləndirirlər və romantik mənalar yükləmirlər. Onların fikrincə, bu orqanidlər canlı deyil, sadəcə başqa materialdan düzəldilmiş kompüterlərdir.

Beyin-kompüterlər necə işləyir

FinalSpark laboratoriyasındakı biokompyuterlərdə bu "beyin hissəcikləri" elektrodlar vasitəsilə kompüter sisteminə qoşulur və sadə klaviatura komandalarına reaksiya verə bilir. Onların fəaliyyəti elektroensefaloqrammaya (EEQ) bənzər qrafiklərlə izlənilir.

Bu sahədə tədqiqatlar yalnız "FinalSpark"la məhdudlaşmır. Dünyanın müxtəlif laboratoriyalarında süni neyronlar artıq "Pong" kimi klassik oyunları öyrənməyə, həmçinin Alzheimer və autizm kimi xəstəliklərə qarşı dərman sınaqları üçün istifadə olunmağa başlanıb.

Gələcəyin məqsədi - bioloji və süni ağlın birləşməsi

Alimlər ümid edirlər ki, gələcəkdə Wetware texnologiyası ənənəvi mikrosxemləri əvəz etməyəcək, əksinə onları tamamlayacaq. Bu, insan beyninə xas sürət və enerji səmərəliliyini kompüterlərə qazandırmağa kömək edə bilər.

Qeyd edək ki, daha əvvəl ABŞ alimləri insan düşüncələrini oxuya bilən beyin implantı hazırlamışdılar, ilkin sınaqlarda bu cihazın "fikirləri oxuma dəqiqliyi" 74 faiz təşkil etmişdi.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 644   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr