Oktyabr gecələri işıqlanacaq: Səma iki fərqli möcüzəyə ev sahibliyi edəcək
Bu ay səma həvəskarlarını iki ayrı təbii hadisə gözləyir.
Qaynarinfo "TRT Haber"ə istinadən xəbər verir ki, "Drakonidlər" və "Orionidlər" meteor yağışları ayın iki fərqli dövründə gecələri işıqlandıracaq. İşıq çirkliliyindən uzaq, qaranlıq bir məkandan səmaya baxanlar bu nadir kosmik mənzərənin şahidi ola biləcəklər.
NASA "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri" kimi təsvir edir. Bu meteor yağışları barədə əsas tarixlər və detalları təqdim edirik:
6–10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar "Drakonidlər" meteor yağışını müşahidə edə biləcəklər. Ən güclü təsirin 8 oktyabr Bakı vaxtı ilə saat 23:00-da baş verməsi gözlənilir.
Meteorlar adını aldıqları "Drako" (Əjdaha) bürcünün baş hissəsindən keçir. Onları ən yaxşı şəkildə gecə yarısından əvvəl, səmanın şimal-qərb istiqamətində görmək mümkündür. Hər il eyni intensivlikdə olmasa da, "Drakonidlər" bəzən saatda yüzlərlə meteorun müşahidə oluna bildiyi təsirli "səma fırtınaları" yarada bilir. Lakin bu il Ayın parlaq hilal mərhələsində olması görünürlüğü qismən azalda bilər. Müşahidə şansını artırmaq üçün şəhər işıqlarından uzaq bir yer seçmək və Ay işığından qorunmaq tövsiyə olunur.
Ayın ikinci yarısında isə növbə "Orionidlər" meteor yağışına çatacaq. 21 oktyabr gecəsi zirvəyə çatması gözlənilən bu hadisə zamanı saatda təxminən 20 meteor səmada parlayacaq. NASA, "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri" kimi qiymətləndirir.
Bu meteorlar məşhur "Halley" quyruqlu ulduzunun arxasında buraxdığı qalıqlardan əmələ gəlir. Yer kürəsi "Halley"in orbitindən keçərkən bu hissəciklər atmosferə daxil olur və yanaraq parlaq izlər buraxır.
"Orionidlər" 26 sentyabr–22 noyabr tarixləri arasında müşahidə edilə bilər, lakin ən əlverişli vaxt 21 oktyabr gecəsi, gecə yarısından sonrakı saatlardır. Həmin gecə səmada Ay görünməyəcəyi üçün müşahidə şəraiti son dərəcə uyğun olacaq. Şimal yarımkürəsində şərq-cənub-şərq, Cənub yarımkürəsində isə şimal-şərq istiqamətinə baxmaq tövsiyə olunur.
Qaranlıq bir məkanda, isti bir örtük və bir qədər səbrlə bu "səma möcüzəsinin" dadını çıxarmaq istəyənlər üçün oktyabr ayı tam mənasında ulduz izləmə dövrünə çevriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1608 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrTramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabr