Payız üçün mükəmməl dəbli saç kəsimləri
Payız dəyişikliklər üçün ən ideal mövsümdür. Bu dövrdə insan həm daxildən, həm də zahirən yenilənmək istəyir. Əgər siz də artıq imicinizi dəyişmək qərarına gəlmisinizsə, elə bir saç kəsimi seçin ki, həm inam versin, həm də gənc və təravətli görünüş bəxş etsin.
Lent.az bu saç kəsim modellərini təqdim edir:
Bu saç modeli yenidən podiumlara və ulduz stilistlərin "Instagram" səhifələrinə qayıdıb. Gözlərin üzərinə yumşaq şəkildə düşən uzun kəpik (çolka) qadına eyni zamanda sirli və təbii görünüş verir. Onu yana doğru daramaq, ortadan ayırmaq və ya saç qatları ilə birləşdirmək mümkündür. Belə kəsim saçlara canlılıq qatır, üz cizgilərini isə daha incə göstərir.
Bu üslub xüsusilə orta uzunluqda saça sahib olan və üzü dar və ya oval formalı qadınlara yaraşır. Kəpik üzün proporsiyalarını balanslaşdırır və görünüşə fransız zərifliyi əlavə edir. Ən gözəl effekt saçın təbii rənglərində – xüsusilə karamel, mis və ya kül tonlarında əldə edilir.
Ultra qısa teksturalı pixie
Cəsarətli, eyni zamanda son dərəcə qadınsı bir kəsimdir. Bu model üz və boyun hissəsini "açır", təmizlik və azadlıq hissi yaradır. Qısa və teksturalı forma nazik saçlarda belə sıxlıq effekti yaradır, arxa və ön hissələrdəki fərqli uzunluq isə saçın formasını müasir və dinamik göstərir. Pixie kəsimi oval formalı baş quruluşu, ifadəli gözləri və dəqiq üz cizgiləri olan qadınlara xüsusilə yaraşır. Diqqət çəkməkdən qorxmayanlar üçün bu saç üslubu ideal vurğu olacaq. Gündəlik qulluq üçün bir az tekstura spreyi və ya saça forma verən mum kifayətdir.
" Canavar kəsim" – Wolf Cut
Vəhşi və bir qədər səliqəsiz görünüşü ilə seçilən bu model sosial şəbəkələrin sevimlisidir. Saçlara həcmlilik və hərəkət effekti verir, hətta düz saçlarda belə dinamika yaradır. Wolf cut shag və mullet üslublarının qarışığıdır: ön hissədə qısa, arxada isə uzun tellər. Nəticədə saçlar sıx görünür, hətta az olsa belə.
Bu kəsim demək olar ki, bütün üz formalarına uyğun gəlir, xüsusilə yanaqları və gözləri vurğulayır. Təbii dalğalı və ya düz saçlarda da mükəmməl görünür. Üstəlik, bu model gündəlik düzləşdirmə və mürəkkəb qulluq tələb etmir – onun "təbii dağınıqlığı" onu daha cazibədar edir.
Payız üçün ideal saç kəsimini necə seçməli?
Saçın quruluşunu nəzərə alın. Əgər saçlar nazikdirsə, qatlı kəsimlər seçin – bu, həcmlilik əlavə edəcək. Qalın saçlar üçün isə yüngül seyrəltmə və uzun kəpiklər daha uyğundur. Üz formasını unutmayın. Dairəvi üz forması üçün uzun çolka və ya assimmetrik kəsim vizual olaraq üzün formasını "uzadır", oval üzlər isə demək olar ki, bütün kəsimlərlə harmonik görünür.
Rənglə oynayın. Yaydan sonra saç tonunu yeniləmək, isti və ya dərin tonlara keçmək payız üçün ideal addımdır bu, həm dərini, həm də gözlərin ifadəsini vurğulayır.
Eksperimentlərdən çəkinməyin. Payız trendi klassikanı müasirliklə birləşdirir zərif bobdan tutmuş sərbəst və enerjili wolf cuta qədər hər üslubda özünə yer tapmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video