Qadınlar niyə daha çox yaşayır? Nəhayət cavab tapıldı

Qadınlar niyə daha çox yaşayır? Nəhayət cavab tapıldıQadınların kişilərdən daha uzun ömür sürməsi artıq sadəcə statistika deyil, bütün dünyada müşahidə olunan elmi qanunauyğunluqdur. Bu fərq təkcə insanlar arasında deyil, bir çox məməli növlərində də müşahidə olunur. Müasir dövrdə insanların ömür uzunluğu artsa da, alimlər hələ də nəyə görə məhz qadınların daha çox yaşadığını tam dəqiqliklə müəyyənləşdirməyə çalışırlar.

İki X xromosomun üstünlüyü
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu fenomenin əsas səbəblərindən biri genetika ilə bağlıdır.

Məməlilərdə dişilər iki X xromosoma sahib olduqları üçün zərərli mutasiyalardan daha yaxşı qorunurlar. Kişilərdə isə yalnız bir X və bir Y xromosomu var, bu da onları genetik baxımdan daha həssas edir. Maraqlıdır ki, quşlarda vəziyyət tam əksinədir, burada erkəklər iki eyni xromosoma sahibdir və məhz onlar daha uzunömürlü olur.

Minlərlə növ üzərində aparılan araşdırma
Araşdırmadakı nəticələr bir daha təsdiqləyib ki, məməlilər arasında dişilər, quşlar arasında isə erkəklər daha uzunömürlüdür. Məsələn, zooloji bağlarda məməli dişilər orta hesabla 16 faiz daha çox yaşayır, quş erkəkləri isə təbiətə nisbətən 5 dəfə uzun ömür sürür.

Niyə fərq yaranır?
Tədqiqatçılar hesab edirlər ki, bu fərq çoxalma və həyat tərzi ilə bağlı enerji sərfiyyatından irəli gəlir. Məsələn, poligam məməlilərdə (begemot, kərgədan, zebr, antilop və s.) erkəklər dişilər uğrunda daim mübarizə aparır, bu da onların orqanizmini tez tükəndirir. Monogam quş növlərində isə belə enerji itkisi az olur, buna görə erkəklər daha uzun yaşayır.

Amma istisnalar da var, məsələn, cənnət quşlarının erkəkləri öz parlaq rənglərini və mürəkkəb davranışlarını qorumaq üçün çox enerji sərf edir və nəticədə daha tez ölürlər.

Təbiətin qədim qanunu
Yohanna Ştark bildirir ki, bu fərq milyonlarla il əvvəl formalaşmış təbii mexanizmdir. Oxşar tendensiya şimpanze və qorilla kimi primatlarda da müşahidə olunur: dişilər erkəklərdən daha çox yaşayır. Bu isə sübut edir ki, insanlarda da ömür uzunluğundakı fərq nə tarix, nə də mədəniyyətlə əlaqəlidir. Bu, təbii və bioloji bir qanunauyğunluqdur.

Alimlər əlavə edirlər ki, uzunömürlülüyün sirrini təkcə genlərdə deyil, yaşam tərzində də axtarmaq lazımdır. Düzgün qidalanma, keyfiyyətli yuxu və stressin azaldılması,bütün bunlar həm qadınların, həm də kişilərin sağlam və uzun ömür sürməsinə kömək edir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1025   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr