"Vaxtım daralır" - Pavel Durov 41 yaşını qeyd etmədi
"Telegram"ın qurucusu və milyarder Pavel Durov 41 yaşını qeyd etməyəcəyini açıqlayaraq şəxsi kanalında emosional paylaşım edib.
Milli.Az xəbər verir ki, o, dünyanın sürətlə azadlığını itirdiyini vurğulayıb və bir vaxtlar sərbəst informasiya mübadiləsinin simvolu olan internetin indi nəzarət mexanizminə çevrildiyini bildirib.
Durovun sözlərinə görə, özlərini demokratiyanın mərkəzi kimi təqdim edən ölkələr belə getdikcə daha sərt rəqəmsal nəzarət sistemləri tətbiq edirlər. O, nümunə olaraq Böyük Britaniyada rəqəmsal şəxsiyyət vəsiqələrinin, Avstraliyada onlayn yaş təsdiqinin tətbiqini, Avropa İttifaqında şəxsi yazışmaların skan edilməsini göstərib.
Durov qeyd edib ki, artıq bəzi ölkələrdə sosial şəbəkələrdə fikirlərinə görə insanları təqib edir və hətta həbs edirlər. Onun fikrincə, bəşəriyyət getdikcə "antiutopik reallığa" yaxınlaşır və əsas azadlıqlar təhlükə altındadır.
"Biz atalarımızın qurduğu azadlıqları qorumaqdansa, öz əlimizlə onlardan imtina edirik", - deyə o bildirib və əlavə edib ki, bu səbəbdən ad gününü qeyd etməyə haqqı olmadığını düşünür:
"Vaxt gedir, həm mənim, həm də hamımızın".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 542 Tarix: 11 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
5 iyulDonald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"
ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar
5 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulİsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyul