Soyuducunun arxa divarında olan kiçik dəlik nə üçündür?

Soyuducunun arxa divarında olan kiçik dəlik nə üçündür?Soyuducunun arxa hissəsində yerləşən kiçik dəliyi çoxları heç fərq etmir, amma bu xırda detal cihazın düzgün işləməsi və məhsulların təzə qalması üçün vacib rol oynayır.

Lent.az bu kiçik detalla bağlı məlumatları təqdim edir:

Dəlik nəyə xidmət edir?

Bu, drenaj dəliyidir yəni soyuducuda yaranan kondensatın (rütubətin) axıdılması üçündür. Soyuducu işləyərkən içəridə buxar əmələ gəlir. Bu su, arxa divardakı dəlik vasitəsilə xüsusi su qabına (baxaca) axıdılır. Daha sonra bu su kompressorun istiliyi ilə buxarlanır və sistem yenidən quru vəziyyətdə qalır.

Bu proses sayəsində soyuducuda nə küf, nə də xoşagəlməz qoxu yaranmır. Əgər drenaj işləməsə, su alt rəflərdə toplanır, məhsullar islanır və hətta göbələk əmələ gələ bilər.

Dəlik tıxananda necə bilmək olar?

Əlamətlər bunlardır

Soyuducunun dibində su yığılır;

Arxa divarda selikli və ya yapışqan izlər yaranır;

Pis, nəm qoxu gəlir. Bu hallar drenaj dəliyinin tıxandığını göstərir. Bəzən buna həmçinin qapı rezinlərinin köhnəlməsi, isti yeməyin soyuducuya qoyulması və ya qapının uzunmüddətli açıq qalması da səbəb ola bilər.

Drenaj dəliyini necə təmizləmək olar?

Bu, çox sadə prosesdir:

Soyuducunu söndürün və boşaldın. Pambıq çubuq, nazik borucuq və ya kiçik fırça istifadə edin.

Dəlikdəki çirk, qida qalığı və ya küfü diqqətlə çıxarın.

Pambıq çubuğu az miqdarda sirkəyə batırmaq dezinfeksiya üçün faydalıdır.

Çox çirk varsa, soyuducunu əridib (defrost edib) təmizləmək daha rahatdır. Heç vaxt bıçaq və ya iti əşya istifadə etməyin drenaj sistemini zədələyə bilərsiniz.

Bu balaca dəlik soyuducunun "tənəffüs sistemi" kimidir. Onu təmiz saxlamaq, həm cihazın ömrünü uzadır, həm də məhsulların təzə və sağlam qalmasını təmin edir. Cəmi bir neçə dəqiqəlik yoxlama ilə siz həm vaxtınıza, həm də ərzaqlarınıza qənaət etmiş olursunuz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 10458   Tarix: 12 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr