12 yaşlı məktəbli 5 minə yaxın fosillə muzey qurdu

12 yaşlı məktəbli 5 minə yaxın fosillə muzey qurduTürkiyənin Karaman şəhərində yaşayan 12 yaşlı orta məktəb şagirdi Bahar Alimə Eren 6 yaşından etibarən ailəsi ilə birlikdə topladığı təxminən 5 minə yaxın fosillə öz kiçik fosil muzeyini yaradıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 7-ci sinifdə oxuyan Bahar Alimə Eren son 6 il ərzində ailəsi ilə təbiət gəzintilərinə çıxaraq müxtəlif növ fosillər toplayıb. Onun topladığı nümunələrin bir hissəsi müxtəlif muzeylərə bağışlanıb, qalan hissəsi isə Karaman Elm və İncəsənət Mərkəzi (BİLSEM) daxilində, TEMA Fondunun dəstəyi ilə yaradılan Yasin Yıldırım Elm Muzeyində sərgilənməyə başlanıb.

Erenin fosilləri həmçinin "Kəşfin Əyləncəli Səyahəti-2" adlı TÜBİTAK 4007 Elm Festivalında da nümayiş etdirilib və böyük maraq doğurub.

Gənc tədqiqatçı muzey haqqında danışarkən belə deyib:

"Bu fosilləri Karamanın qədim daxili dənizindən tapdıq. Vaxtilə Karaman Xəzər dənizi kimi qapalı bir su hövzəsi olub və Konya ərazisinə qədər uzanırdı. Bu dənizdə çoxlu canlı növü yaşayırdı. Biz də Karamanın ekosistemini və biomüxtəlifliyini uşaqların daha yaxşı öyrənməsi üçün həmin dəniz canlılarının fosillərini topladıq"

Eren əlavə edib ki, topladıqları fosillərin bir hissəsini Hacettepe Universitetinin Biosfer Muzeyinə bağışlayıblar:

"Orada tələbələr bu fosilləri incələyərək ölkəmizin biomüxtəlifliyini, tarixini və təbiət sərvətlərini öyrənirlər. Hacettepedəki muzey Türkiyənin ən böyük məktəb muzeyi hesab olunur. Bizim Karaman BİLSEM-də yaratdığımız muzey isə biologiya sinfinin qarşısında yerləşir və endemik növlərlə yanaşı, qədim fosilləri də sərgiləyir."

Fosil marağının uşaqlıqdan başladığını deyən Bahar Alimə belə davam edib:

"6 yaşından bəri ailəmlə gəzintiyə çıxanda fosil toplayıram. Bu, həm səyahətləri maraqlı edib, həm də mənə çox şey öyrədib. İndi isə BİLSEM-dəki muzeyimiz sayəsində digər şagirdlər də bu fosilləri yaxından görüb öyrənmək imkanı tapır."

Ümumi istedad sahəsində təhsil alan gənc alim, elmi kəşflər etməkdən, araşdırmaqdan və bildiklərini paylaşmaqdan böyük zövq aldığını vurğulayıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2587   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR

Turşunun diri və sərt qalmasını təmin edən təbii vasitələrdən ən məşhuru üzüm və palıd yarpaqlarıdır. Bu yarpaqlardakı taninlər tərəvəzlərin toxumasını qorumağa kömək edir. Bankaya əlavə edilən noxud fermentasiya prosesini sürətləndirir, limon suyu və ya limon duzu isə turşunun turşuluq balansını qoruyara

11 oktyabr
.

Ayağınıza basanda çuxur qalır? - Bu əlaməti diqqətsiz qoymayın

Ayaqların müntəzəm şişməsi və barmaqla basdıqdan sonra dəridə çuxur qalması toxumalarda maye yığılmasının əlamətidir. Bu vəziyyət uzun müddət oturmaqdan və ya damar problemlərindən qaynaqlana bilər. Bəzi hallarda isə ürək çatışmazlığına işarə edir. xarici mediaya istinadla xəbər verir ki, ayaq biləy

11 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Belə pomidorları almayın

Pomidor alarkən yalnız rənginə və zahiri görünüşünə diqqət etmək kifayət deyil. Hətta yetişmiş və iştahaçan görünən pomidorların arasında keyfiyyətsiz və ya xarab olmağa başlayan məhsullar ola bilər. Mütəxəssislər bazarda və mağazada pomidor seçərkən bir neçə vacib əlamətə diqqət etməyi tövsiyə edirlər

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Əti yenidən dondurmaq olar?

Əti təkrar dondurmaq mümkündür, lakin yalnız müəyyən şərtlərə əməl edildikdə. Əgər əridilmə və saxlanma qaydaları pozularsa, məhsul təhlükəli ola bilər. Ətin yenidən dondurulmasının təhlükəsiz olub-olmaması əsasən onun necə əridilməsindən asılıdır. Bundan başqa, təkrar dondurma ətin dadını və teksturasın

11 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr