Avroviziyaya ev sahibliyi edəcək ölkədən sərt xəbərdarlıq: "İsrail olmayacaqsa, biz də yoxuq"
Avroviziya Mahnı Müsabiqəsi İsrailin Qəzzadakı hücumlarına görə diplomatik böhrana çevrilib. İspaniya, İrlandiya, İslandiya, Niderland, Sloveniya və Belçika İsrail müsabiqədən kənarlaşdırılmasa, yarışmanı boykot edəcəklərini açıqlayıblar.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, lakin yarışmaya ev sahibliyi etməli olan Avstriya bunun əksinə mövqe nümayiş etdirib.
Avstriyanın Baş naziri Kristian Ştoker verdiyi açıqlamada bildirib: "Əgər İsrail yarışmadan çıxarılarsa, Avstriya ev sahibliyi etməyəcək".
O, ölkəsinin İsrailə olan dəstəyini bir daha vurğulayıb. Bənzər açıqlama ötən həftə Almaniya kansleri Fridrix Mersdən də gəlib. Mers deyib: "İsrail kənarlaşdırılarsa, Almaniya yarışmada iştirak etməməlidir".
Avroviziyanı təşkil edən Avropa Yayım İttifaqı (EBU) Yaxın Şərqdəki hadisələrlə əlaqədar olaraq, noyabr ayında planlaşdırılan iclası dekabr ayına təxirə salıb. EBU üzvlərin 2026-cı il Avroviziyada iştirak məsələsini üz-üzə müzakirə edəcəyini açıqlayıb. Yarışmanın maliyyə dəstəkçiləri arasında yer alan "böyük beşlik" ölkələr – Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və İtaliya – qərar prosesində həlledici rol oynayacaqlar.
Qeyd edək ki, bu ilin may ayında keçirilən yarışmada İsrail təmsilçisi Yuval Rafael xalq səsverməsində birinci, ümumi sıralamada isə ikinci olmuşdu. Münsiflər heyətindən yüksək xal alan Avstriya birinci yerə çıxaraq 2026 Avroviziya Müsabiqəsinin Vyanada keçirilməsi hüququnu qazanmışdı.
Lakin İsrailin yarışmadakı iştirakı ilə bağlı müzakirələr davam etdikcə, Avroviziya tarixində ən böyük siyasi boykot dalğasının baş verəcəyi ehtimal olunur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 796 Tarix: 15 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Venesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabrBələdiyyə rəhbərlərini süni intellekt əvəzlədi
Təxminən 2 min nəfər əhalisi olan Finlandiyanın Humppila bələdiyyəsində inzibati və texniki direktor vəzifələri ləğv edilib. xəbər verir ki, bu barədə "Helsingin Sanomat" nəşri məlumat yayıb. Bildirilib ki, onların bəzi funksiyaları artıq süni intellekt (Sİ) tərəfindən yerinə yetirilir. İxtisarla
19 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabr