Quşlar insanlara təhlükə barədə xəbərdarlıq edir - Görün necə?
Son vaxtlar ABŞ ərazisində ornitoloqlar qeyri-adi bir hadisə müşahidə edirlər. Alimlərin sözlərinə görə, qışlama bölgələrində temperaturun yüksəlməsi, bu canlıların ənənəvi uçuş dövrlərini pozur.
Bu barədə Lent.az xarici mediaya istinadla xəbər verir.
Alimlərdən ciddi xəbərdarlıq
Müşahidə olunan dəyişikliklər təbiətdə ciddi ekoloji dəyişmələrə işarədir. İstiləşmə nəticəsində quşlar ənənəvi miqrasiya yollarını tərk edir, bu isə gələcəkdə bütün ekosistemə təsir göstərə bilər.
Alimlər xəbərdarlıq edirlər ki, bu cür dəyişikliklər bütün quş növlərinin məhv olması riski yarada bilər. Quşlar təbiətdə mühüm rol oynayır, onlar zərərvericiləri məhv edir, bitkiləri tozlandırır və toxumların yayılmasına kömək edirlər. Mütəxəssislərin hesablamalarına görə, insanların qida və dərman istehsalında istifadə etdiyi bitkilərin təxminən 5%-i quşların tozlandırmasından asılıdır.
Əgər bu təbii tarazlıq pozularsa, quşlar yem çatışmazlığı ilə üzləşəcək, bu isə bio-müxtəlifliyin azalmasına və nəticədə kənd təsərrüfatı məhsullarının azalmasına səbəb olacaq.
389 növ yox olma təhlükəsində
Farnsfortun tədqiqatı göstərib ki, Arktika, şimal meşələri və digər bölgələrdə temperaturun artması, həmçinin meşə yanğınlarının artması, quşların sağ qalmasını çətinləşdirir. ABŞ-ın Audubon Cəmiyyətinin məlumatına görə, qarşıdakı 50 il ərzində 389 quş növü, yəni Şimali Amerikadakı növlərin üçdə ikisi yox olma təhlükəsi ilə üz-üzə qala bilər.
Proqnozlara görə, 2080-ci ilə qədər bu növlərin çoxu yaşayış yerlərinin yarıdan çoxunu itirəcək. Kornell Ornitologiya Laboratoriyasının əvvəlki tədqiqatı isə göstərib ki, 1970-ci ildən bəri Şimali Amerika təxminən üç milyard quş itirib. Bu itki artıq banan, qəhvə və kakao kimi bitkilərin tozlandırılmasına mənfi təsir göstərməkdədir.
Qlobal təsirlər
Quşların sayının azalması təkcə tropik meyvələri deyil, həm də dərman bitkilərini təsirə məruz qoyub. Əgər bu tendensiya davam edərsə, fermerlər məhsul yetişdirməkdə çətinliklərlə üzləşəcək, bu da ərzaq qiymətlərinin artmasına və qidanın əlçatanlığının azalmasına gətirib çıxaracaq.
Farnsfort bildirir ki, quş populyasiyasının azalmasının əsas səbəbləri bunlardır:
Yaşayış yerlərinin itirilməsi, iqlim dəyişikliyi, pestisidlər, insan fəaliyyəti (şəhərsalma, binalara toqquşmalar və s.).
İqlim dəyişikliyi quşların miqrasiya vaxtlarını və qida dövrlərini pozur, nəticədə onlar ac qalır və çoxalma qabiliyyətini itirirlər. İnsanlar tərəfindən yemlənmə də problemi artırır. Bu, quşları təbii miqrasiya prosesindən yayındırır və yırtıcıların sayını artırır.
Yeni müşahidələr: Quşlar daha uzun oxuyur
Bundan əvvəl Kornell Universitetinin alimləri milyonlarla saatlıq quş səsi qeydlərini analiz edərək maraqlı nəticə əldə ediblər. Quşlar indi əvvəlkindən daha uzun müddət oxuyurlar. Bu hadisə bütün dünyada müşahidə olunur və tədqiqatçılar bunun səbəbini işıq çirklənməsinin quşların bioloji ritmlərinə təsiri ilə əlaqələndirirlər.
Yeni müşahidələr bir daha göstərir ki, iqlim və insan fəaliyyəti təbiətdəki ən incə tarazlıqlardan birini, quşların həyat dövranını ciddi şəkildə dəyişdirir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Sabunçuda məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti açıqlandı
Bakıda "Kəlağayı" yürüşü - Video
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi
Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video