Hər il minlərlə insan bu dəlikdən keçmək üçün sıraya girir - Maraqlı dini inanc

Hər il minlərlə insan bu dəlikdən keçmək üçün sıraya girir - Maraqlı dini inancTürkiyənin Nevşehir vilayətinin Hacıbektaş rayonunda yerləşən və Ələvi-Bəktaşi inancında müqəddəs sayılan "Delikli Daş" hər il minlərlə ziyarətçini özünə cəlb edir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, əfsanəyə görə, bu daşın içindən asanlıqla keçən insanların günahsız və heç kimin haqqına girməmiş olduqlarına inanılır.

"Delikli Daş", bölgədə Çilehane və ya Ərəfat dağı kimi tanınan təpədə yerləşir. Rəvayətə əsasən, Hacı Bektaş Vəlinin çilə çəkdiyi dövrdə bir dərviş otağın qaranlıq olduğunu deyib və Hünkâr divara vurduqda daşda bir deşik əmələ gəlib. O gündən bəri bu yer inanc turizminin mühüm simvollarından birinə çevrilib.

Ziyarətə gələnlər inanırlar ki, daşın içindən keçib kiçik dəlikdən çıxmağı bacaranlar mənəvi təmizlənmə yaşayırlar. Onlardan biri hisslərini belə ifadə edib:

"Allah hər kəsə ruzi versin, birlik və bərabərlik olsun deyə dua etdim və daşdan keçdim. Dürüst və başqasının haqqına girməyən insanlar buradan rahatlıqla keçir."

Deşikdən keçə bilməyənlər isə nəzir qurbanı kəsib dua edir, günahlarından təmizlənmək üçün yenidən buranı ziyarət edirlər.

Mütəxəssislərin fikrincə, daş kultu insanlıq tarixinin ən qədim inanclarından biridir. Tarix boyu daşlar sərhəd, anıt və müqəddəs məkanların simvolu kimi qəbul edilib. "Delikli Daş" kimi təbii formalar isə bir çox mədəniyyətdə doğum, təmizlənmə və yenidən dirilişin rəmzi hesab olunur.

Hacıbektaşdakı "Delikli Daş" bu qədim inanc ənənəsini yaşadan, xalqın mənəvi yönünü və təmizlənmə arzusunu əks etdirən önəmli bir simvol kimi bu gün də mövcudluğunu qorumaqdadır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1033   Tarix: 17 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu

30 avqust
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust
.

Erlinq Haalandın həmişə oyun günü yediyi ən sevimli yeməyi

Erlinq Haaland - ciddi nizamintizam və qidalanma- əlamətdar fiziki vəziyyəti ilə məşhur olan "Mançester Siti"nin ulduz hücumçusu. O, ən oyun günlərində yediyi sevimli yeməyinin adını çəkib. xarici mediaya istinadla saxlanılmasının hər səhər əmələ gəlməsi vərdişləri barədə məlumat verir. Erlin

27 avqust
.

"Qəhvə yuxusu" nədir və hansı faydaları var? - Həkimdən İZAH

Neyrofizioloq Eduard Estivill adi gündüz yuxusu əvəzinə "qəhvə yuxusu"nu sınaqdan keçirməyi məsləhət görüb. xəbər verir ki, o, "Hola" nəşrinə müsahibəsində "qəhvə yuxusu"nun faydalarından danışıb. Eduard Estivillin sözlərinə görə, "qəhvə yuxusu" yatmazdan dərha

27 avqust
.

35 yaşdan sonra qadınların sağlamlığı üçün əsas qida məhsulu - Həkimdən açıqlama

Həkim Sara Marin 35 yaşdan yuxarı qadınlara qida rasionlarına bir qidanı mütləq daxil etməyi məsləhət görüb. xəbər verir ki, "Deia" nəşri onun tövsiyələrini dərc edib. Sara Marin bu yaşda olan qadınlar üçün əsas qida məhsulu kimi sardina balığının adını çəkib. Bu balığın tərkibində çoxlu miqdard

28 avqust
.

Toylarının bitməsinə az qalmış aldıqları xəbərlə sevincdən dəliyə döndülər - VİDEO

Həyatlarının ən xoş günlərindən birini yaşayan gəlin və bəy toylarının başa çatmasına az bir müddət qalmış aldıqları xəbərlə böyük sevinc yaşayıblar. xarici mediaya istinadla xəbər verir ki, "Fənərbaxça"nın UEFA Çempionlar Liqasına vəsiqə qazandığını öyrənən gəlin və bəy bu xəbəri toyda iştira

28 avqust
.

Bahalı kremlərə ehtiyac yoxdur - Gözaltı qaralardan qurtulmağın sadə yolu

Gözaltı qaralmaları yorğun və solğun görünüşə səbəb ola bilər. Lakin bu problemin qarşısını almaq üçün mütləq bahalı kosmetik məhsullardan istifadə etmək lazım deyil. Evdə tətbiq edilə bilən sadə üsullardan biri 10 dəqiqə ərzində gözaltı nahiyəsinə soyuq kompres tətbiq etməkdir. xəbər verir ki, soyu

29 avqust
.

Məşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı

İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə

31 avqust
.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust