Netanyahu orduya Qəzzadakı radikallara qarşı qəti addımlar atmağı əmr edib
İsrailin Baş naziri Benyamin Netanyahu anklavın cənubunda baş verən atışma hadisəsindən sonra orduya Qəzzada radikallara qarşı qəti addımlar atmağı əmr edib.
"Report"un məlumatına görə, bu barədə Baş nazirin kanselyariyası məlumat yayıb.
"HƏMAS-ın atəşkəsi pozmasından sonra baş nazir Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terrorçuların hədəflərinə qarşı qətiyyətli addımların atılmasına göstəriş verib", - bəyanatda deyilir.
Bundan əvvəl İsrail ordusu anklavın cənubundakı Rəfah şəhəri yaxınlığında yaraqlıları atəşkəsi kobud şəkildə pozmaqda ittiham edərək onlara hava zərbələri endirib.
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qəzza zolağında tammiqyaslı hərbi əməliyyatların dərhal bərpa olunmasını istəyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 737 Tarix: 19 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrHaaqada iğtişaşlar səbəbindən 24 nəfər saxlanılıb
Haaqada ifrat sağçı hərəkatların nümayişi iğtişaşlara və polislə toqquşmalara çevrilib. "Report" xarici mediaya istinadən xəbər verir ki, aksiya zamanı Niderland polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı aqressiyaya görə 24 nəfəri saxlayıb. Qeyd olunub ki, Niderlandın miqrasiy
20 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabr