İspaniyada qara pişik qadağası - Qaranlıq ritual təhdidi
İspaniyanın şimal-şərqində, Kataloniya bölgəsində yerləşən Terrassa qəsəbəsində yerli hakimiyyət Hellouin bayramı dövründə mümkün "qara sehr mərasimlərinin" qarşısını almaq məqsədilə qara pişiklərin sahiblənilməsini müvəqqəti olaraq qadağan edib.
Qaynarinfo xəbər verir ki, yerli heyvan rifahı xidməti 6 oktyabr-10 noyabr tarixləri arasında qara pişiklərin sahiblənilməsi və müvəqqəti baxım üçün müraciətlərin qəbul edilməyəcəyini açıqlayıb. Qərarın məqsədi bu heyvanların zərər görməsinin və ya sadəcə "aksesuar" kimi istifadə edilməsinin qarşısını almaqdır.
Terrassa bələdiyyə sədrinin müavini Noel Duqe RTVE telekanalına açıqlamasında, hər il Hellouin bayramı dövründə qara pişiklərə marağın artdığını bildirib:
"İnsanların dəb xatirinə və ya ani istəklə pişik sahiblənməsini istəmirik. Həmçinin bəzi bölgələrdə müşahidə edilən qaranlıq mərasimlərin qarşısını almağa çalışırıq".
Qərb mədəniyyətində qara pişiklər uzun müddət bədbəxtlik və sehrlə əlaqələndirilsə də, Yaponiya və Misir kimi bəzi ölkələrdə onlar bərəkət və uğurun simvolu sayılır.
Terrassa bələdiyyə şurası şəhərdə indiyə qədər qara pişiklərə qarşı zorakılıq hadisəsi qeydə alınmadığını, lakin digər bölgələrdə baş verən oxşar hallardan sonra heyvan haqları təşkilatlarının xəbərdarlığı ilə ehtiyat tədbiri kimi bu qərarın qəbul edildiyini bildirib.
Təxminən 9 min 800 pişiyin yaşadığı qəsəbənin sığınacağında hazırda 100-ə yaxın pişik olduğu, onlardan 12-nin qara rəngdə olduğu açıqlanıb.
Bələdiyyə qadağanın müvəqqəti və istisna olduğunu, məqsədin heyvan rifahını qorumaqdan ibarət olduğunu vurğulayıb. Eyni zamanda, gələcəkdə zərurət yaranarsa bu tədbirin yenidən tətbiq edilə biləcəyi qeyd edilib.
Qadağa müddətində xüsusi hallar fərdi şəkildə dəyərləndiriləcək, adi sahiblənmə prosesi isə Hellouin bayramından sonra bərpa olunacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 861 Tarix: 21 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrKim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"
ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd
20 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabrİranda İsrailin xeyrinə casusluq etməkdə ittiham olunan şəxs edam edilib
İranda casusluqda və İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunan Hoseyn Paderan barəsində çıxarılmış ölüm hökmü icra edilib. "Report" İran mediasına istinadən xəbər verir ki, hökm apellyasiya şikayəti rədd edildikdən və İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdə
20 sentyabr