Dünyanın ən çirkli havası olan 10 şəhəri - Siyahı
Hindistanın paytaxtı Dehli yenidən dünyanın ən çirkli havası olan şəhəri elan olunub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə İsveçrənin "IQAir" təşkilatının açıqladığı son reytinqdən məlum olur.
Belə ki, oktyabrın 21-i şəhərdə havanın keyfiyyət indeksi (AQI) 350-yə çatıb, bu da "çox pis" çirklənmə səviyyəsi kimi təsnif edilir. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi normadan 3,5 dəfə yüksəkdir.
Dehlidən başqa ilk "10-luğ"a Lahor, Karaçi (hər ikisi Pakistan), Mumbay (Hindistan), Pekin, Şanxay (hər ikisi Çin), Qvadalaxara (Meksika), Kəlküttə (Hindistan), Ravalpindi (Pakistan), Çennai (Hindistan) şəhərləri daxildir.
Bu şəhərlər sənaye tullantıları, avtomobil trafiki, kömür yandırılması və bayramlar zamanı fişənglərdən kütləvi istifadə səbəbindən güclü hava çirklənməsindən əziyyət çəkirlər.
Hindistanda vəziyyət "İşıqlar Festivalı" - Divalidən sonra xüsusilə kəskinləşir. Bu dövrdə fişənglərdən istifadə havadakı PM2.5 hissəciklərinin miqdarını əhəmiyyətli dərəcədə artırır ki, bu da şəhərlərdə havanın keyfiyyətini kəskin şəkildə pisləşdirir. Hindistanın Ali Məhkəməsinin müəyyən etdiyi məhdudiyyətlərə baxmayaraq, bir çox sakinlər qaydaları pozaraq pirotexnikadan istifadə etməyə davam edirlər.
Bütün bunlar əhalinin sağlamlığına ciddi ziyan vurur. Belə ki, sakinlər nəfəsalmada çətinlikdən, xroniki öskürək, göz qıcıqlanması və astmanın kəskinləşməsindən şikayətlənirlər. Bu baxımdan ən həssas kateqoriyaya uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan insanlar daxildir.
Ekspertlər xəbərdarlıq edirlər ki, çirklənmiş havanın uzunmüddətli təsiri ürək-damar və tənəffüs yolları xəstəlikləri riskinin artmasına səbəb ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2145 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Selena"nın Nazlısı evlənir
"Selena" serialında Nazlı obrazı ilə tanınan aktrisa Dilara Kurtulmuş və Umutcan Ekmezin toy öncəsi xına gecəsi keçirilib. xarici mediaya istinadla xəbər verir ki, cütlüyün toy həyəcanı xına gecəsi ilə başlayıb. Ailə üzvləri və yaxın dostların iştirak etdiyi gecədə musiqi və rəqslə müşayiə
28 avqustAğ çörəyə ispanaq əlavə edildi - orqanizmin reaksiyası dəyişdi
Alimlər adi ağ çörəyi daha qidalı etmək üçün onun tərkibinə ispanaq əlavə etməyin mümkün təsirlərini araşdırıblar. xəbər verir ki, tədqiqatda ispanaqla zənginləşdirilmiş çörəyin istehlakından sonra orqanizmin qlükoza və insulin reaksiyası müşahidə edilib. Araşdırmanın nəticələri bu yanaşmanın çörəyi
30 avqustGəlindən qayınatasının ayağını öpməsini istədi - ŞOK GÖRÜNTÜLƏR
Sosial şəbəkələrdə yayılan toy görüntüləri geniş müzakirələrə səbəb olub. xəbər verir ki, videoda evindən gəlin köçən qıza yaşlı qadının söylədikləri diqqət çəkib. Belə ki, qadın gəlinə qayınatasının ayağından öpməli olduğunu xatırladıb. Bu sözləri eşidən gəlin isə təəccübünü gizlədə bilməyib və baxışlar
30 avqustİçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq
Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr
29 avqustToyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO
Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak
31 avqustHəkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı
Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər
30 avqustDodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı
Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır. xəbər verir ki, bu barədə -ya həkim-terapev
28 avqust