Qadınların doğuş vaxtı qulaq asdığı mahnılar - SİYAHI
"Spotify"da doğuş prosesinə həsr olunmuş minlərlə pleylistin təhlili göstərib ki, qadınlar ən çox "Coldplay", "The Beatles", "Ed Sheeran" və "Fleetwood Mac" musiqilərinin müşayiəti ilə doğuş edir. Uşaq arabaları istehsalçısı iCandy platformada 1 800 belə pleylist araşdıraraq, anaların hansı musiqini üstün tutduğunu müəyyənləşdirib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən populyar mahnı Coldplay qrupunun "Fix You" kompozisiyası olub.
Ümumilikdə qrupun digər mahnıları da pleylistlərdə 140 dəfə qeyd edilib. İkinci yerdə Ed Sheeran, üçüncü yeri isə Fleetwood Mac və The Beatles bölüşüb. Bu siyahıda "Here Comes the Sun" kimi mahnılar da yer alıb. Həmçinin Nora Jones, John Legend, Taylor Swift və Elton John kimi ifaçılar da tez-tez rast gəlinib.
Alimlər bildirirlər ki, musiqi təkcə doğan qadınlara deyil, həm də ana bətnindəki körpələrə təsir edir. Klassik əsərlər dölün ürək döyüntüsünü yavaşladır və onun inkişafını stimullaşdıra bilər.
Tədqiqatda 36 hamilə qadın iştirak edib. Onlara Kamille Sen-Sansın "The Swan" əsəri və meksikalı bəstəkar Abundio Martínezın "Arpa de Oro" gitar pyesi dinlədilib. Dölün ürək döyüntüsü mini monitorlar vasitəsilə izlənilib.
Nəticəyə görə, musiqi dölün ürək ritmini daha sabit və proqnozlaşdırıla bilən edib. Meksika Milli Kardiologiya İnstitutundan doktor Klaudia Lerma bildirib ki, bu təsir dölün avtonom sinir sisteminin inkişafını stimullaşdıra bilər. Hər iki əsər müsbət təsir göstərsə də, ən güclü dəyişikliklər meksika gitar melodiyası zamanı qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 793 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrTelefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrSoyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər
Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə
4 oktyabrKərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrAilənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI
Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind
4 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabr