Onları pul qabında gəzdirməyin: təhlükə sizinlədir
Bir çox insan pul qabını itirdikdə və ya oğurlandıqda yalnız pulun yoxa çıxması ilə deyil, həm də kartların bloklanması, şəxsiyyət sənədlərinin yenilənməsi kimi əlavə narahatlıqla üzləşir. Riskləri azaltmaq üçün cüzdanda bəzi əşyaları ümumiyyətlə saxlamamaq tövsiyə edilir. Mütəxəssislər gündəlik olaraq pul qabında daşınmaması vacib olan əşyaların siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, ekspertlərin xəbərdarlığına əsasən, aşağıdakı əşyaları cüzdanda gəzdirmək olmaz:
Doğum haqqında şəhadətnamə - Bu sənəd hüquqi şəxsiyyətin əsasıdır və onun oğurlanması kiminsə sizin adınızdan çıxış etməsinə imkan yarada bilər. Şəhadətnamənin bərpası uzun və yorucu prosesdir.
Xarici pasport - səfərdə olmadığınız halda, pasportunuzu özünüzlə gəzdirmək təhlükəlidir. Bu sənəd beynəlxalq fırıldaqçılıqda, bank hesablarının açılmasında və kreditlərin götürülməsində istifadə oluna bilər. Gündəlik identifikasiya üçün sürücülük vəsiqəsi kifayətdir.
Bir neçə bank kartı – pul qabındakı hər əlavə kart fırıldaqçılar üçün əlavə fürsətdir. Ekspertlər yalnız bir əsas və bir ehtiyat kart gəzdirməyi, qalanlarını isə evdə saxlamağı məsləhət görür.
Çoxlu nağd pul - nağd vəsait ən asan talan olunan dəyərdir və itdikdə geri qaytarılmır. Gündəlik yalnız xərcləyəcəyiniz qədər pul götürmək kifayətdir.
Ehtiyat açar - cüzdanın itməsi halında ev və ya avtomobil açarı da fırıldaqçının əlinə keçə bilər, bu isə əlavə təhlükə yaradır.
Şifrələr və PIN kodları - kartların arasında parol yazılmış kağız saxlamaq fırıldaqçıların işini xeyli asanlaşdırır.
Qəbzlər - qəbzlərdə tam kart məlumatları olmasa da, qalıq rəqəmlər və imzalar fırıldaqçıların məlumat toplamasına kifayət edə bilər.
Mütəxəssislər həmçinin vacib sənədlərin və kartların foto nüsxələrini təhlükəsiz yerdə saxlamağı, bank əməliyyatları üçün bildirişləri aktivləşdirməyi və gündəlik lazımsız əşyaları cüzdandan çıxarmağı tövsiyə edir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 765 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan gənclər üçün şeir oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şeir oxuyub. xəbər verir ki, Qəhrəmanmaraşda gənclərlə bir araya gələn Ərdoğan Türkiyənin istiqlal şairi Mehmet Akif Ərsoyun şeirini oxuyub. Ərdoğan bu şeirlə məktəblərarası şeir yarışmasında qalib olduğunu xatırladıb. Həmin anların videogörüntüsünü təqdim edirik
12 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021Zooloqlar inəklərə görün nə öyrətdilər
Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl
15 sentyabr 2021Danışan ÖRDƏK tapıldı - VİDEO
Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy
9 sentyabr 20216 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR
Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d
8 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 2021