Mingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTO

Mingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTO"Ölkə.Az" xəbər verir ki, Mingəçevir, 23 oktyabr 2025-ci il - "Gənclərin Sağlam İnkişafı" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Regionlarda Peşə Günləri" adlı layihə çərçivəsində Mingəçevir Gənclər Evində genişmiqyaslı forum keçirdi.
Forumun məqsədi gənclər arasında peşə təhsilinə marağın artırılması, əmək bazarının müasir tələblərinə cavab verən bacarıqların təşviqi və peşə təhsili müəssisələrinin cəmiyyətə inteqrasiyasının gücləndirilməsi olub.
Tədbir Mirsirac Siraclının moderatorluğu ilə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib. Daha sonra layihə çərçivəsində peşə təhsilinin önəminə dair hazırlanan videoçarx izlənilib.
Açılış nitqində Mingəçevir Gənclər Evinin direktoru Eşqin Məmmədov gənclərin regionlarda peşə təhsilinə yönləndirilməsinin vacibliyini vurğulayıb: "Peşə təhsili sadəcə iş tapmaq vasitəsi deyil, gəncin öz dəyərini, bacarığını və potensialını reallaşdırması üçün bir yoldur. Biz bu istiqamətdə daha çox gənci maarifləndirməyə çalışacağıq."
Fəxri qonaq, "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev çıxışında layihənin sosial və iqtisadi əhəmiyyətinə toxunub: "İnkişaf etmiş hər bir ölkə peşə təhsilinə strateji baxır. Gənclərimizin bilik və bacarıqları ilə cəmiyyətə dəyər qatmaları üçün belə təşəbbüslər çox vacibdir."
Forum iki panel üzrə davam edib. "Peşədən Peşəkarlığa" adlı I paneldə Mingəçevir Gənclər Evinin direktoru Eşqin Məmmədov, "Qida Təhlükəsizliyi Hərəkatı" rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova, Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbinin direktor əvəzi Lalə Məmmədova spiker olaraq iştirak edib.
Məhsəti Hüseynova gənclərə sağlam qidalanma və gigiyena üzrə ixtisasların artan əhəmiyyətindən danışıb: "Peşə təhsili yalnız texniki bacarıqlar deyil, sağlamlıq və təhlükəsizlik kimi sahələrdə də vacib biliklər qazandırır. Sağlam cəmiyyət üçün sağlam bilik şərtdir."
Eşqin Məmmədov öz çıxışında qeyd edib ki, peşə təhsilinə verilən dəyər regionların sosial-iqtisadi inkişafı ilə birbaşa bağlıdır: "Hər bir gəncin əlinin peşəsi, beyninin bacarığı olmalıdır. Əmək bazarı peşəkar gənclərə böyük ehtiyac duyur."
Lalə Məmmədova isə təhsil müəssisələrinin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsinin zəruriliyini vurğulayıb: "Peşə məktəbləri istehsalatla birgə işləməlidir. Gənclər tədris müddətində real təcrübə qazanmalıdır ki, məzun olduqda dərhal əmək fəaliyyətinə başlaya bilsinlər."
"Peşə və Hüquq: İmkanlar və Çağırışlar" adlı II paneldə "Gənclərin Töhfəsi" İctimai Birliyinin Hüquq Departamentinin direktoru, hüquqşünas Rəşad Nəbiyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun aparıcı məsləhətçisi Xəyal Hətəmov , Peşə Təhsilli Tələbə və Məzunlar Cəmiyyətinin rəhbəri Şahin Əliyev spiker olaraq iştirak edib.
Rəşad Nəbiyev çıxışında peşə təhsili alan gənclərin əmək hüquqları barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb: "Gənclər bilməlidir ki, peşəkar olmaqla yanaşı, öz hüquqlarını da bilmələri onları daha güclü və inamlı edir."
Xəyal Hətəmov isə gənclərlə iş sahəsində dövlətin həyata keçirdiyi proqramlardan danışıb: "Regionlarda gənclərin inkişafına yönələn layihələr onların həm məşğulluq imkanlarını artırır, həm də sosial fəallığını gücləndirir. Bu forum həmin məqsədlərə xidmət edir."
Şahin Əliyev gənclərin məzun olduqdan sonra qarşılaşdıqları çətinliklərə diqqət çəkərək, cəmiyyətin dəstəyinin önəmini qeyd edib: "Peşə təhsilli gənclər potensial resursdur. Onların bacarığını dəyərləndirmək, işə inteqrasiyasını asanlaşdırmaq hər birimizin vəzifəsidir."
Spikerlər peşə təhsilinin əmək bazarına uyğunlaşdırılması, tələbələrdə praktik bacarıqların formalaşdırılması və gənclərin öz istedadlarını ixtisasa çevirməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir interaktiv müzakirə, təqdimat və gənclərin sual-cavab sessiyası ilə davam edib. Forum iştirakçıları arasında peşə məktəblərinin tələbələri, müəllimlər, gənclər təşkilatlarının nümayəndələri və yerli media təmsilçiləri yer alıb.
Forumun sonunda spikerlər təşəkkür palketləri təqdim olunub və layihənin növbəti mərhələsinin digər regionlarda davam etdiriləcəyi elan olunub.

Mingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTOMingəçevirdə "Regionlarda Peşə Günləri" forumu keçirildi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 596   Tarix: 27 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonda zəng müddətini necə uzatmaq olar?

Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu

4 oktyabr
.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr