Zəlzələ gecəsi İstanbul... - Fotolar
Türkiyənin İstanbul şəhərində güclü leysan yağıb.
"Qafqazinfo" xəbər verir ki, bir çox rayonlarda yağışa hazır olmayan vətəndaşlar çətin anlar yaşayıb, İstanbul Hava Limanında isə təyyarələrin havada dövr etmək məcburiyyətində qaldığı bildirilib.
Meteorologiya Ümumi İdarəsi İstanbul üçün "sarı kod" xəbərdarlığı verərək ani daşqın, su basması, ildırım və nəqliyyatın pozulması kimi risklər barədə vətəndaşları diqqətli olmağa çağırıb.
Axşam saatlarından etibarən xüsusilə şəhərin Avropa hissəsində yağış və güclü külək təsirini artırıb. Şəhərin bir çox yerində nəqliyyat sıxlığı yaranıb, avtomobillər hərəkətdə çətinlik çəkib.
İşdən evinə dönmək istəyən vətəndaşlar da yağış və külək səbəbilə piyada hərəkət etməkdə çətinlik çəkiblər.
Qeyd edək ki, gecə saatlarında Balıkesirdə 6,1 bal gücündə zəlzələ olub. Zəlzələ istanbulda da hiss edilib.






Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 712 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çernobılda insanların tərk etdiyi ərazidə heyvanların sayı artıb
Alimlərin apardığı yeni araşdırma Çernobıl faciəsindən sonra insanların tərk etdiyi ərazilərdə vəhşi heyvanların sayının nəzərəçarpacaq dərəcədə artdığını ortaya qoyub. xəbər verir ki, araşdırmaya əsasən, bölgədə canavarlar, boz ayılar, vaşaqlar, marallar və vəhşi atlar geniş şəkildə yayılıb. 1986-c
20 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayXərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
Türkiyədə xərçəng xəstəliyinə qalib gələn Elif Tekir sağalmasını fərqli və duyğusal şəkildə qeyd edib. xəbər verir ki, o, avtomobilinin arxa hissəsinə "Mən xərçəngə qalib gəldim, qeyd etmək üçün siqnal verin" sözlərini yazaraq yola çıxıb. Maraqlı təşəbbüs digər sürücülərin də diqqətini çəkib
23 may154 illik "kabus gəmi"nin sirri açıldı: Heyətə əslində nə olub?
Atlantik okeanının dalğaları arasında 5 dekabr 1872-ci ildə tamamilə səssiz vəziyyətdə irəliləyən bir ticarət gəmisi - "Mary Celeste" - dəniz tarixinin ən böyük sirlərindən birinə çevrilmişdi. Qaynarinfo xəbər verir ki, "Dei Gratia" adlı başqa bir ingilis gəmisinin heyəti Azor adalar
21 may