Onlar 400 min qrant almaqda ittiham edilir - Prokuror açıqladı
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə qarşı aparılan cinayət işi üzrə üç nəfərin məhkəmə istintaqı başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, mühakimə olunanlar Bəşir Süleymanlı, Qalib Bayramov (Qalib Toğrul) və Nərgiz Muxtarovadır.
Onlardan yalnız Bəşir Süleymanlı həbsdədir. Ayrı-ayrılıqda baxılan işlər üzrə prokuror ittiham aktını elan edib.
İttihamda deyilir ki, Bəşir Süleymanlı digər şəxslə birgə beynəlxalq donor təşkilatlarından bir sıra layihələrin keçirilməsi adı ilə 148 min, Qalib Bayramov (Qalib Toğrul) 100 min, Nərgiz Muxtarova isə 150 min manat qrant alıb. Lakin həmin vəsaitlərin alınması barədə müvafiq quruma məlumat verilməyib, pullar həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
Nərgiz Muxtarova "Rasional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılla əlbir olmaqda təqsirləndirilir. Ş.İsmayıl barəsində hələ ki ibtidai istintaq aparılır.
Təqsirləndirilən şəxslər isə heç bir epizod üzrə özlərini təqsirli bilməyiblər.
Qalib Toğrulun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq cinayət işi üzrə icraata xitam verilməsini istəyib. Vəkil vəsatətini cinayət işində qeyd olunan qrup üzvlərinin kimliyinin müəyyən edilməməsi və ittihamı əsaslandıran digər yetərli sübutların mövcud olmaması isə əlaqələndirib.
Məhkəmə bu vəsatəti əsassız sayaraq təmin etməyib.
Növbəti prosesdə təqsirləndirilən şəxslərin sərbəst ifadə verəcəkləri gözlənilir.
Qeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyinin Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrul iqtisadçı Qubad İbadoğlunun qardaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1353 Tarix: 28 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü
Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı
1 sentyabr 2021İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit
22 avqust 2021Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli
Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm
12 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı
Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm
29 avqust 2021Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU
Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl
30 avqust 2021Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB
Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B
1 sentyabr 2021Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO
Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind
2 sentyabr 2021Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı
Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl
13 sentyabr 2021