Vardanyana yeni vəkil təyin olundu - Fotolar

Vardanyana yeni vəkil təyin olundu - FotolarAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 28-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi ilə təmin olunub.

Sədrlik edən Z.Ağayev bildirib ki, ötən məhkəmə iclasında təqsirləndirilən şəxs Ruben Vardanyan vəsatət verərək məhkəmə prosesindən narazı olduğu üçün müdafiəçisindən imtina etdiyini bildirmişdi. Həmçinin qeyd etmişdi ki, onun özünün başqa bir vəkillə müqaviləsi yoxdur və dövlət tərəfindən ona müdafiəçi təyin edilə bilər. Məhkəmənin qərarına əsasən, Ruben Vardanyanın müdafiəçisi Avraam Bermandan imtinasına dair vəsatəti qəbul olunub və ona dövlət hesabına vəkil təyin olunması ilə bağlı Azərbaycan Respublikası Vəkillər Kollegiyasına müraciət göndərilib. Bu səbəbdən də ona dövlət hesabına müdafiəçi təyin olunub.

Hakim bildirib ki, R.Vardanyanın yeni müdafiəçisi Vəkillər Kollegiyasının üzvü Emil Babışovdur. Təqsirləndirilən şəxs yeni vəkili Emil Babışova etiraz etməyib. Prosesin digər iştirakçıları da müdafiəçiyə etirazlarının olmadığını bildiriblər.

Sonra hakim Z.Ağayev cinayət təqibinə yeni qoşulan vəkil Emil Babışovu məhkəmənin tərkibi ilə tanış edib.

Vəkil məhkəmə tərkibinə etiraz etmədiyini söyləyib. İclasa sədrlik edən hakim vəkilə təqsirləndirilən şəxslə həm istintaq təcridxanasında, həm də məhkəmədə görüşmək, eyni zamanda, cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılacağını və əlavə vaxt veriləcəyini deyib.

Bundan sonra vəkilin işlə tanış olması və təqsirləndirilən şəxslə görüşməsi üçün proses təxirə salınıb.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, Ruben Vardanyan barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb. R.Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Vardanyana yeni vəkil təyin olundu - FotolarVardanyana yeni vəkil təyin olundu - FotolarVardanyana yeni vəkil təyin olundu - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1144   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR

Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Elmir Ramazanovun tanışı olduğunu deyərək bir ailənin 74 900 manatını dələduzluq yolu ilə ələ keçirən şəxs həbs edilib. "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1988-ci ildə Şəki rayonunda doğulmu

26 avqust
.

Leyla Əhmədova həbs olundu

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xəta

8 sentyabr
.

Toydan gələrkən qəzaya düşdü - Fotolar

Tərtər rayonunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Məmmədov Müşfiq Raqub oğlu idarə etdiyi "Ford" markalı 50-EZ-587 dövlət qeydiyyat nişanl

4 sentyabr
.

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Bu günlərdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə maraqlı şikayət daxil olub. "Qafqazinfo" xəbər verir ki, polisə şikayət edən İ.Talıblı küçə sakini Şakir Məmmədov (bütün ad-soyadlar şərtidir) qardaşının məsuliyyətə cəlb edilməsini istəyib. Ş.Məmmədovun həyat yoldaş

5 sentyabr
.

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiye

25 avqust
.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Qonaqlıqda yeyib-içən tanışların mübahisəsi ölümlə bitdi - Yenilənib

Bərdədə qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Molla Əhmədli kəndində 200-ci il təvəllüdlü Elnur Rüstəmov bıçaqlanaraq öldürülüb. Onun qətlində tanışı 1996-cı il təvəllüdlü Cavad Hüseynov şübhəli bilinir. İlkin məlumata görə, tərəflər qonaqlıqda yeyib-içərkən aralarında mübahis

30 sentyabr