Astarada 17 yaşlı hamilə gəlinin öz toyunda ölməsinin SƏBƏBİ BİLİNDİ
Astara rayonunda toyu günü ölən 17 yaşlı gəlinin xəstəxanaya daxil olma səbəbi açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.
Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.
12:56
Astara rayonunda toyu günü ölən 17 yaşlı gəlin ailə quracağı şəxslə bir yerdə işləyirmiş.
Oxu.Az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həmkəndlisi Amil Aqil oğlu Cövziyevlə ailə həyatı qururmuş.
Məlumata görə, Amillə Əfsanə hər ikisi rayonun Dolu kənd sakinləri olsa da, onlar ailə üzvləri ilə birlikdə Bakının Zirə qəsəbəsində mövsümi kirayədə yaşayırlarmış.
Amillə Əfsanə arasında münasibət də elə həmin istixanada yaranıb. A.Cövziyev də 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Zirə qəsəbəsindəki istixanada fəhlə işləyib və həmkəndlisi Əfsanə ilə həmin istixanada sevgi münasibətində olublar.
11:40
Astarada 17 yaşlı qadının toy gecəsi ölümünün təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Deqədi kəndi ərazisində "Ata Yurdu" şadlıq sarayındakı toy mərasimində baş verib.
Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.
Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.
O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.
Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.
Oktyabrın 28-də rayonun Deqədi kəndindəki "Ata Yurdu" şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.
11:04
Astarada dünən toyu olan şəxs bu gün dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.
Toydan sonra Ə.İmanova özünü pis hiss edib və Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?
"Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm" - Video
Aldığı "Jeep" nasaz çıxdı, şikayət etdiyi üçün məhkəməyə verildi - "İST Cars"ın iddiası rədd edildi
Kəmaləddin Heydərov Biləsuvarın rəisini vəzifəsindən azad etdi
Azərbaycan milli geyim mədəniyyətində xüsusən, qadın baş örtüyü əsrlər boyu xüsusi estetik, fəlsəfi və milli məna daşımışdır
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi ifadə verdi: "Mənə bıçaqla hücum edib döydülər"
Bəhruz Quliyev: "Kəlağayı Azərbaycan qadınının milli kimliyi və dünyəvi mədəniyyətimizin rəmzidir"
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
İlk dəfə meyitdən ürək transplantasiya edilən Tovuz sakini vəfat etdi
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Məktəb direktorunun maşınını yandıran həbs edildi - Video
136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət aldı
Sergey Lavrov Bakıya gəldi
"Roşka" ləqəbli tiktokerə hökm oxundu