Astarada 17 yaşlı hamilə gəlinin öz toyunda ölməsinin SƏBƏBİ BİLİNDİ

Astarada 17 yaşlı hamilə gəlinin öz toyunda ölməsinin SƏBƏBİ BİLİNDİAstara rayonunda toyu günü ölən 17 yaşlı gəlinin xəstəxanaya daxil olma səbəbi açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i, saat 22:00-da 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub.

Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00-da pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda qeyd olunub.

12:56

Astara rayonunda toyu günü ölən 17 yaşlı gəlin ailə quracağı şəxslə bir yerdə işləyirmiş.

Oxu.Az-ın məlumatına görə, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova həmkəndlisi Amil Aqil oğlu Cövziyevlə ailə həyatı qururmuş.

Məlumata görə, Amillə Əfsanə hər ikisi rayonun Dolu kənd sakinləri olsa da, onlar ailə üzvləri ilə birlikdə Bakının Zirə qəsəbəsində mövsümi kirayədə yaşayırlarmış.

Amillə Əfsanə arasında münasibət də elə həmin istixanada yaranıb. A.Cövziyev də 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Zirə qəsəbəsindəki istixanada fəhlə işləyib və həmkəndlisi Əfsanə ilə həmin istixanada sevgi münasibətində olublar.

11:40

Astarada 17 yaşlı qadının toy gecəsi ölümünün təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Deqədi kəndi ərazisində "Ata Yurdu" şadlıq sarayındakı toy mərasimində baş verib.

Toy mərasimi olan cütlük isə Astara rayonunun Dolu kənd sakinləridir.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova kənd sakini olsa da, 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.

O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.

Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.

Oktyabrın 28-də rayonun Deqədi kəndindəki "Ata Yurdu" şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.

11:04

Astarada dünən toyu olan şəxs bu gün dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İmanovanın dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.

Toydan sonra Ə.İmanova özünü pis hiss edib və Astara Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3819   Tarix: 29 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabirabadda qadın güllələnərək öldürüldü - Qardaşı tutuldu

Sabirabadda qətl törədilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdl

14 noyabr
.

Astarada qəza, ölən və yaralalanlar var

Astarada yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Cəsarət Əliyevin idarə etdiyi "Niva" və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüy

12 noyabr
.

3 nəfərin öldüyü yanğınla bağlı cinayət işi açıldı - Baş Prokurorluq

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlar

21 noyabr
.

Goranboyda iki nəfər bıçaqlandı - Qonşu saxlanıldı - Yenilənib

Goranboyda iki nəfər bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Azad kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Adil Məmmədov və 1994-cü il təvəllüdlü Vüsal İsmayılov bıçaq xəsarətləri ilə Abbas Səhhət adına Gəncə Şəhər Xəstəxanasına yerləşdiriliblər. A.Məmmədovun vəziyyət

11 dekabr
.

Qonşusunun qulağını dişləyib qoparan Cavad - Həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub. Bildirilib ki, cinayət hadisəsi ötən ili

19 noyabr
.

İtkin balıqçıların axtarışına helikopter göndərildi

Astarada itkin düşən balıqçıların axtarışına helikopter cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, dekabrın-da saat 08-də balıq tutmaq məqsədi ilə Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışları davam etdirilir. Artıq FHN-nə məxsu

11 dekabr
.

Vidadi Mustafayev Yekaterinburqda saxlanıldı

Yekaterinburqda azərbaycanlı iş adamı Vidadi Mustafayev saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə " "ya hüquq-mühafizə orqanlarına yaxın bir neçə mənbə məlumat verib. Məlumata görə, V. Mustafayev məşq üçün gəldiyi fitnes-klubun yaxınlığında xüsusi təyinatlıların iştirak

1 dekabr
.

Əli Kərimliyə ittiham irəli sürüldü: Hakimiyyəti zorla ələ keçirmə

AXCP sədri Əli Kərimlinin hansı maddə ilə ittiham edildiyi bəlli oldu. -ın xəbərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər

1 dekabr
.

"Qapını qırıb görüblər ki, ikisi də rəhmətə gedib" - Fotolar+Video

Xəbər verdiyimiz kimi, Samuxda ər və arvad dəm qazından boğularaq ölüb. Vəfat edən şəxsin qardaşı İman Musayev "Qafqazinfo"ya hadisənin ilkin təfərrüatlarını danışıb. Onun sözlərinə görə, ər-arvadın ölümünü ilk oğlanları bilib:. "Hadisə günorta saatlarında olub. Evdə uşaq gec bilib. Məcbu

1 dekabr