Türkiyədə milyonlarla dollar dələduzluqda ittiham olunan kriptovalyuta birjasının qurucusu həbsxanadakı otağında ölü tapıldı
Türkiyədə "Thoedex" kriptovalyuta birjasını quraraq, minlərlə sərmayədara qarşı dələduzluq etmək iddiası ilə saxlanılan Faruk Fatih Özer həbsxanadakı kamerasında ölü halda tapılıb.
Oxu.Az bu barədə "Haber Global" telekanalına istinadən xəbər verir.
Bildirilir ki, Özer hüquq-mühafizə orqanlarından uzun müddət gizlənsə də, 2022-ci il avqustun 30-da Albaniyada saxlanılaraq Türkiyəyə ekstradisiya edilib.
O, "cinayətkar təşkilat qurmaq, idarə etmək, üzv olmaq", "külli miqdarda fırıldaqçılıq" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunub və ona 11 min 190 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Prokurorun ittiham aktında "Thodex" birjasının fəaliyyətindən dəymiş zərərin 356 milyon lirə (13 milyon dollar) olduğu qiymətləndirilmişdi. Türkiyə mediası isə bu rəqəmin 2 milyard dollara çatdığını yazmışdı.
Qeyd edilir ki, o bu gün səhər saatlarında həbsxanadakı birnəfərlik kameradakı hamamda ölü vəziyyətdə aşkarlanıb.
Fakt üzrə təhqiqat başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 524 Tarix: 01 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Madyar gələn həftə Brüsselə səfər edəcək
Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Brüsselə (Belçika) səfər edəcək. "Report" xəbər verir ki, bunu ölkənin XİN başçısı Anita Orban "Politico"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Madyar Brüsseldə Avropa Komissiyası ilə dondurulmuş vəsaitlərin blokdan çıxarılmas
23 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayAcun Ilıcalı üçün həlledici an: böyük hədəf reallaşa bilər
Türkiyəli media maqnatı Acun Ilıcalıya məxsus olan "Hull City" klubu mühüm oyuna çıxmağa hazırlaşır. türk mediasına istinadən xəbər veir ki, komanda sabah "Middlesbrough" ilə EFL Championship pley-off finalında qarşılaşacaq. Görüşün qalibi Premier League-ə vəsiqə qazanacaq. Bu is
22 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 may