İranlı deputat: "F-35" qırıcılarının vurulması ilə bağlı xəbərlər yalan idi"
İran parlamentinin millət vəkili Məhəmməd Baqiri dövlət televiziyasının İsraillə son hərbi gərginlik fonunda yaydığı bəzi məlumatların əsassız olduğunu açıqlayıb.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Baqiri bildirib ki, 12 günlük İran-İsrail müharibəsi ilə bağlı ictimaiyyətə təqdim olunan bir sıra iddialar həqiqətə uyğun olmayıb:
"İsrailə məxsus PUA istehsalı mərkəzlərinin aşkarlanması, casusların həbsi və "F-35" təyyarələrinin vurulması barədə yayılan xəbərlər yalan idi. Dövlət televiziyası belə şayiələr yaymamalıdır".
Onun sözlərinə görə, ölkədə yüzlərlə casusun həbs edilməsi ilə bağlı xəbərlər də şişirdilib:
"Deyilənə görə, 600-1000 nəfər həbs olunub, halbuki bu doğru deyil. Ölkədə bu qədər casusluq olmayıb".
Millət vəkili məsələnin arxasında "şübhəli əllərin" ola biləcəyini deyərək, mövzunun araşdırılmasına çağırıb.
O, həmçinin SEPAH-a yaxın media qurumlarının bu cür yalan məlumatların yayılmasında daha fəal olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 439 Tarix: 02 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Madyar gələn həftə Brüsselə səfər edəcək
Macarıstanın Baş naziri Peter Madyar gələn həftə Brüsselə (Belçika) səfər edəcək. "Report" xəbər verir ki, bunu ölkənin XİN başçısı Anita Orban "Politico"ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Madyar Brüsseldə Avropa Komissiyası ilə dondurulmuş vəsaitlərin blokdan çıxarılmas
23 maySuda üzə bildiyi deyilmişdi, göldə batdı - Fotolar
ABŞ-də "Tesla Cybertruck" elektromobili ilə Qreypvayn gölünə daxil olan sürücü həbs olunub. "Qafqazinfo" "Electrek" nəşrinə istinadən xəbər verir ki, hadisə Texas ştatında baş verib. Belə ki, yeni aldığı elektromobilin amfibiya rejimini ("Wade Mode") sınaqdan keçirmə
21 mayAcun Ilıcalı üçün həlledici an: böyük hədəf reallaşa bilər
Türkiyəli media maqnatı Acun Ilıcalıya məxsus olan "Hull City" klubu mühüm oyuna çıxmağa hazırlaşır. türk mediasına istinadən xəbər veir ki, komanda sabah "Middlesbrough" ilə EFL Championship pley-off finalında qarşılaşacaq. Görüşün qalibi Premier League-ə vəsiqə qazanacaq. Bu is
22 may"Epidemiya o bölgəyə yayılsa, fəlakət olacaq" - Fotolar
Ebola epidemiyası Konqo Demokratik Respublikasınin şərq bölgələrində yayılmaqda davam edir. Xəstəliyin silahlı qrupların nəzarətində olan ərazilərə çatması narahatlıqları artırıb. "Qafqazinfo" AFP-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən fövqəladə vəziyyət kimi qiymətləndirilə
22 may