"Düşmən itki verib, postları qoyub qaçıblar, nəzarət bizimkilərin..." hərbi ekspert

"Düşmən itki verib, postları qoyub qaçıblar, nəzarət bizimkilərin..." hərbi ekspertATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da döyüş meydanında qalan əsgərlərimizin nəşlərinin çıxarılması planlaşdırılmışdı.

Meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş şərtləri pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb. Bundan əlavə, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib.

Cəbhədə son günlər ermənilərin törətdiyi təxribatlar, Müdafiə Nazirliyinin mətbuat xidmətinin susması barədə hərbi ekspert Üzeyir Cəfərov ölkə.az-a danışıb:

"3 gündür ki, Beynəlxalq Qızıl Xaç təşkilatı, ATƏT sədrinin şəxsi nümayəndəsi, Müdafiə Nazirliyi ilə bərabər Ermənistan tərəfi ilə danışıqlar aparır. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi həmişə olduğu kimi özünü tərbiyyəsiz və ədəbsiz aparıb. ATƏT-in yayımladığı bəyanatdan da görünür ki, həm ermənilər, həm də Azərbaycan tərəfi neytral ərazidən meyitləri çıxarmalı idi. Prosesi ermənilər bilərəkdən yubadır. Çalışırlar ki, beynəlxalq qurumlar erməni mövqeyindən çıxış etsinlər. Beynəlxalq qurumların mövqeyinin sırf ermənipərəst olduğunu görürük.

Əslində orada heç bir neytral sözü işlədilməməlidir. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin nəzarətində olan və Azərbaycan qoşunlarının nəzarət etdiyi ərazinin arasında hərbi qulluqçularımızın meyitləri var. Pusqu qurulan postda bizim hərbi qulluqçularımız üzərlərinə düşən vəzifəni yerinə yetiriblər. Əgər hərbi qulluqçularımızdan biri ermənilərin nəzarət etdiyi ərazidə olsa idi, ermənilər indi dünyanı dağıdardılar.

Bu məsələdə narahatedici əsas məsələlərdən biri Müdafiə Nazirliyinin mətbuat xidmətinin çeviklik və operativlik göstərməməsidir. Ermənilər bütün mümkün variantlardan istifadə edirlər. Sayt, bloq və sosial şəbəkələrdən istifadə edərək haqlı olduğumuz halda dünyaya car çəkirlər ki, guya Azərbaycan hücuma keçib. Azərbaycan hücuma keçsəydi, hansısa texnikalardan istifadə olunardı. Aprel hadisələri zamanı xüsusi təyinatlıları ermənilərin mühasirəsindən çıxarmaq üçün helikopterlərdən, artilleriyadan istifadə etdik. İndi isə düşmənin atəş nöqtəsi susdurulub, düşmən itki verib, postları qoyub qaçıblar. Bizim silahlı qüvvələrimiz isə həmin ərazilərə yaxından nəzarət edirlər. Düşmən tərəfi isə bununla razılaşa bilmir.

Ermənilər artıq beynəlxaq qurumlara da imkan vermirlər və onlara da atəş açırlar. Bu onun göstəricisidir ki, ermənilər beynəlxalq qurumları ciddi qəbul etmirlər. Bu proses belə davam etsə, vəziyyət bir qədər də qəlizləşəcək. Əslində ermənilər çalışmalıdırlar ki, baş verən hadisə sakitliklə həll olunsun. Görünən odur ki, mart, aprel ayı daha gərgin keçəcək. Mümkündür ki, qoşunların lokal xarakterli toqquşması baş verəcək".

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.
"Düşmən itki verib, postları qoyub qaçıblar, nəzarət bizimkilərin..." hərbi ekspert


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 15263   Tarix: 27 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Ağdaşda yaşayış evi kül oldu

Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

12 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021