Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görün

Şampuna yarım çay qaşığı əlavə edin - ŞOK NƏTİCƏNİ görünTez yağlanan saçlar bir çox insan üçün gündəlik həyatda ciddi problemə çevrilir. Köpüklənən şampunlar müvəqqəti təmizlik hissi yaratsa da, saç dərisindəki artıq sebumu tamamilə aradan qaldıra bilmir.

Ölkə.az Musavat.com-a istinadən saçın təbii təmizləmə üsulu olan - demək olar ki, hər mətbəxdə rast gəlinən sodanın faydasını təqdim edir.

Soda illərdir dəri maskalarında, dişlərin ağardılmasında və ev təmizliyində istifadə olunur. Amma son vaxtlar saç dərisinə olan müsbət təsiri ilə diqqət çəkir. Xüsusilə yağlı saç problemi yaşayanların təcrübələri maraq doğurur. Saçlarını hər gün yumağa məcbur qalan bir çox insan bu üsul sayəsində artıq həftədə iki-üç dəfə yumaqla kifayətləndiyini bildirir.

Mütəxəssislərə görə, saçların tez yağlanmasının əsas səbəbi saç dərisində yığılan sebum və ölü dəridir. Adi şampunlar saç tellərini təmizləsə də, bəzən saç diblərinə tam çatmır.

Karbonat dənəcikləri isə birbaşa dəri səthində işləyərək kökləri açır və saçların "nəfəs almasına" şərait yaradır. Nəticədə həm saçlar daha həcmli qalır, həm də yeni çıxan saçlar daha sağlam olur. Təmizlənmiş saç dərisində qan dövranı sürətlənir və bu da saç tökülməsinin azalmasına kömək edir.

Ovcunuza əlavə etdiyiniz şampuna yarım çay qaşığı soda qarışdırın. Yay aylarında və ya həssas saçlarda miqdarı bir qədər azaltmaq olar. Qarışımı saç diblərinə masaj edərək çəkin və 4-5 dəqiqə saxlayın. Daha sonra bol su ilə yaxalayın. İlk istifadədən sonra belə təmizlik və yüngüllük hissi aydın şəkildə hiss olunacaq.

Sodanı əvvəlcədən şampun şüşəsinə qarışdırmaq olmaz. Çünki qarışım uzun müddət saxlandıqda təsirini itirir. Ən doğrusu, hər yuyunma üçün ayrıca hazırlamaqdır.

Həftədə bir-iki dəfə tətbiq etmək kifayətdir. Daha çox istifadəsi saç dərisində həssaslığa səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 953   Tarix: 03 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi

Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Yemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu

Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr