İnsultu daha çox kasıblar keçirir - Araşdırmalar belə deyir...
Sosial-iqtisadi statusu aşağı olan insanlarda insultun baş vermə ehtimalı varlı əhali təbəqəsi ilə müqayisədə 33% daha yüksəkdir.
"Qafqazinfo" "Journal of Stroke and Cerebrovascular Diseases" jurnalında dərc olunmuş məqaləyə istinadən xəbər verir ki, bu, Avstraliyanın Tasmaniya Universitetinin alimlərinin araşdırmaları nəticəsində məlum olub.
Müəlliflər Tasmaniya şəhər sakinlərinin (2022-ci il statistikasına əsasən, 571 mindən çox əhalisi var - red.) 2007-2020-ci illər üzrə tibbi məlumatlarını, o cümlədən xəstəxanaya yerləşdirilmə və ölüm hallarını təhlil ediblər. Araşdırma nəticəsində məlum olub ki, sosial status damar xəstəlikləri riski ilə birbaşa əlaqəlidir.
Tədqiqatçıların sözlərinə görə, aşağı gəlirli insanlarda hipertoniya, ürək patologiyaları, diabet və metabolik pozuntular daha çox müşahidə olunur. Bu əhali qruplarında həmçinin həzm və immun sisteminin xəstəlikləri, bəzən isə hətta gənc yaşlarda onkoloji xəstəliklər daha çox diaqnoz edilir.
Müəlliflər qeyd ediblər ki, bu məsələdə tibbi yardımdan və profilaktik proqramlardan yararlanmaq imkanının məhdud olması da böyük rol oynayır.
Onların fikrincə, səhiyyə xidmətlərindən yararlanmaq üçün bərabər imkanların yaradılması və sosial həssas qruplar arasında profilaktikanın genişləndirilməsi insult və digər ürək-damar xəstəliklərindən ölüm hallarını əhəmiyyətli dərəcədə azalda bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1132 Tarix: 03 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrTozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR
Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay
11 oktyabrPaltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə
4 oktyabrDalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrPayızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ
Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso
4 oktyabr