Ucuz və ya bahalı makaron - Fərq nədədir?

Ucuz və ya bahalı makaron - Fərq nədədir?Qablaşdırmadakı məlumat məhsulun keyfiyyətini göstərir və ya onun çatışmazlıqlarını üzə çıxara bilər. Ucuz makaronlarla bahalı makaronlar arasında bir neçə əsas fərq var.

Lent.az bu fərqləri təqdim edir:

Mağaza rəflərində müxtəlif qiymət kateqoriyalarına aid məhsullar var. Bu, makaronlara da aiddir. Bir çox insanı maraqlandırır ki, nəyə görə bir paket digərlərindən iki dəfə baha olur, halbuki görünüşcə oxşardır.

Ucuz və bahalı spagetti və makaronlar arasındakı fərqlərə daha yaxından baxaq.
Ucuz makaron bahalıdan nə ilə fərqlənir
Çoxları hesab edir ki, makaron üçün artıq pul ödəmək sadəcə mənasız xərclərdir. Amma məlum olur ki, qiymətə yalnız brend yox, həm də keyfiyyət təsir edir və bu, sərf olunan pula dəyir. Əsas fərqlərdən biri istifadə olunan unun keyfiyyəti və növüdür. Sərt buğda növlərindən hazırlanmış makaron daha baha olur. Amma belə makaron bişərkən dağılmır və yapışmır. Bundan əlavə, onlar fiqur üçün də daha faydalıdır. İstehsal texnologiyası da mühümdür. Keyfiyyətli məhsullar düzgün şəkildə qurudulur. Bu səbəbdən bişirmə zamanı dağılmır. Ucuz makaronlar isə sürətlə qurudulur ki, istehsalçılar daha çox məhsul sata bilsinlər. Bahalı makaronlar çox vaxt forması ilə də fərqlənir. Məsələn, onların səthində xırda cizgilər olur. Bu səbəbdən istənilən sous və ya yağ makarona yapışır, boşqaba axıb getmir. Nəticədə yemək daha dadlı olur.

Sonuncu məqam keyfiyyət nəzarətidir. Bahalı makaron istehsalçıları yaxşı xammaldan istifadə edir və hazır məhsulu diqqətlə yoxlayırlar. Ucuz paketlərdə isə çox vaxt sınmış makaronlara rast gəlinir.

Yaxşı makarona necə seçim etmək olar?
Təkcə qiymətə baxmaq düzgün strategiya deyil. Lazımi məlumat artıq qablaşdırmada mövcuddur.
Keyfiyyətinə görə makaronlar üç kateqoriyaya bölünür:
A - ən faydalı qrup, sərt buğda növlərindən hazırlanır
B - yumşaq buğda növlərindən hazırlanır
C - əsasən çörəkbişirmə unundan hazırlanır

Yaxşı məhsul almaq üçün qablaşdırmada sinif 1, qrup A və ya durum sözləri yazılmalıdır. Daha sonra tərkibinə baxmaq lazımdır. Bəzi istehsalçılar qənaət üçün əlavə un və ya başqa qarışıqlar əlavə edirlər. Əgər makaron keyfiyyətli buğdadan hazırlanıbsa, tərkibində zülal miqdarı yüksək olur minimum 12 qram, daha yaxşısı isə 14-15 qram. Əgər qarışıq un istifadə olunubsa, zülal az olacaq.
Keyfiyyətin digər göstəricisi GOST nişanı. Bundan əlavə, istehsal tarixi və saxlanma müddətinə diqqət edin. Yaxşı makaron 3 il saxlanıla bilər. Əgər tərkibində ispanaq və ya başqa əlavələr varsa 24 ay. Qablaşdırmadan sonra makaronun özünü də nəzərdən keçirin. Keyfiyyətli makaron hamar səthli, şəffaf kənarlı, qızılı və ya sarı rəngdə olur. Yumşaq buğdadan hazırlananlar isə kobud səthli, ağ, çox parlaq və ya solğun sarı rəngdə ola bilər. Üstəlik, pis qarışdırılmış xəmirdən ağ nöqtələr görünə bilər. Son addım paketi bir az silkələməkdir. Əgər dibində qırıntılar və xırda parçalar varsa, bu məhsulu almaq barədə iki dəfə düşünmək lazımdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1158   Tarix: 04 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır

11 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021