Paşinyan: "Sarqsyanın qoyub getdiyi hava hücumundan müdafiə sistemi "metallom" idi"
"Sizin qoyub getdiyiniz hava hücumundan müdafiə sistemi bütövlükdə "metallom" idi".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Serj Sarqsyanın 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə vasitələrinin itirilməsi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib. Paşinyan bununla bağlı özünün "Facebook" səhifəsində paylaşım edib.
"SS (Serj Sarkisyan - red.) deyib ki, 44 günlük müharibənin ilk saatlarında hava hücumundan müdafiə vasitələrinin yarısını itirməyin necə mümkün olduğunu başa düşmür.
Burada aydın olmayan heç nə yoxdur, qoyub getdiyiniz hava hücumundan müdafiə sistemi, ayrı-ayrı vasitələr deyil, bütövlükdə hava hücumundan müdafiə sistemi "metallom" idi. Sözün əsl mənasında, bildiyiniz "metallom". Müttəfiqlər isə onun yenilənməsi müraciətimizə cavab olaraq, bizə üç barmaq kombinasiyasını göstərirdilər (bu kombinasiya ilə sizi də göstərirdilər; əks halda, 2018-ci ilə qədər "metallom" əvəzinə başqa bir şey olardı) və onların üç barmaq kombinasiyası göstərişi çox diqqət cəlb etməsin deyə müttəfiqlər bizə simvolik olaraq bir-iki ədəd - zəruri olanın 0.1%-i qədər atırdılar ki, sonradan bu mövzu ortaya çıxarsa, nəyəsə işarə edə bilsinlər.
Üç barmaq kombinasiyasını göstərən təkcə müttəfiqlər deyildilər və burada iki hala diqqət çəkilirdi ki:
1. Ermənistan Respublikası KTMT-nin üzvüdür;
2. Təqdim olunan vəsaitlər Ermənistan Respublikasının suveren ərazisi olmayan ərazilərdə yerləşdirilə bilər.
Lakin mümkün olan hər şeyi götürürdük, onu almağa və modernləşdirməyə çalışırdıq, yeri gəlmişkən, Ermənistan Respublikasında fəaliyyət göstərən bütün yüksəkrütbəli hərbi vəzifəli şəxslərin (sizin tərəfinizdən təyin olunmuş) məsləhət və tövsiyələrinə cavab olaraq.
İndi nə oldu - gedib oturmusan kürəkəninin əlindən yemək yeyənlərin qarşısında və oradan mənimlə mübahisə edirsən? Mübahisə edəcək bir şey varsa, gedək canlı efirdə edək. Yoxsa ki, bu nə söhbətdir - Mişikin (Mikael Minasyan - red.) qarşısında oturub mənimlə mübahisə etmək?
TPL-i (Levon Ter-Petrosyan - red.) və KR-i (Robert Koçaryan - red.) də özünlə götür.
SS yenidən danışıq sənədləri haqqında danışmağa başladı.
Narahat olma, mən danışıqların tarixi (2019-cu il də daxil olmaqla) ilə bağlı əsas materialları hazırlamışam. İndi biz bunların hamısını skanerdən keçirəcəyik və ilin sonuna qədər mən onları dərc edəcəyəm və aralarına bir neçə ictimai sənəd də əlavə edəcəyəm.
Həmçinin sənin bir məktubunu da dərc edəcəyəm ki, səni hesaba almadığımı düşünməyəsən. Oyananda TPL-ə və KR-ə xəbər elə", - deyə Paşinyan bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 755 Tarix: 09 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər Nuhun gəmisinin sirrini açmağa daha yaxındırlar
Tədqiqatçılar Türkiyədə Nuhun gəmisinin sirrini açmaq üçün daha bir addım atıblar. xəbər verir ki, bunu arxeoloq Endryu Cons "İzvestiya"ya verdiyi müsahibədə bildirib. Ark axtarış sahəsindəki son tapıntılar, mənşəyi hələ də məlum olmayan bir gəmiyə bənzər bir əşya aşkar etdi. Cons qeyd edi
8 sentyabrAvropa qoşunlarının Ukraynaya girməsi Rusiya ilə müharibə demək olardı
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskvanın Avropa ölkələri ilə münaqişə üçün heç bir əsası yoxdur, çünki İkinci Dünya Müharibəsinin nəticələri ilə bağlı məsələlər həll olunub. xəbər verir ki, eyni zamanda, o, Avropa qoşunlarının Ukraynaya mümkün girişinin Rusiya ilə müharibə demək olacağ
12 sentyabrGünəşdə şiddətli partlayış ehtimalı var
Sentyabrın 11-i və 12-də Günəş səthindəki partlayış aktivliyinin ümumilikdə zəif olacağı proqnozlaşdırılsa da, güclü partlayışların qeydə alınması da istisna olunmur. xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. "Günəşdəki partlayış aktivliyi sentyabrın 11 v
11 sentyabr2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı
Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə
10 sentyabrMDB İqtisadi Şurasının növbəti iclası Moskvada keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının növbəti iclası noyabrın 27-də Moskvada keçiriləcək. xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev MDB İqtisadi Şurasının genişləndirilmiş iclasında bildirib. "MDB İqtisadi Şurasının növbəti iclasının bu ilin 27 noyabrında Moskvad
11 sentyabrRusiya Ukraynaya məxsus 777 pilotsuz təyyarəni vurub
Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov, Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası, Krım, Udmurtiya Respublikası əraziləri, eləcə də Qara və Xəzər dənizlərinin suları üzərində Ukraynay
11 sentyabrUkrayna dronları Dağıstan dəniz limanına zərbə endirib
Dağıstan Respublikanın icraçı rəhbəri Fyodor Şukinin sözlərinə görə, Ukrayna dronları Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib. Dronlardan düşən qırıntılar nəticəsində dəniz limanında və Həmzət Tsadasa Avar Musiqi və Dram Teatrında yanğınlar baş verib. xəbər verir ki, Şukin özünün Telegram kanalınd
10 sentyabrİsrail Britaniyaya qarşı sanksiyalar elan etdi
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, Londonun Qərb Şəriyədəki yəhudi yaşayış məntəqələrinə sanksiyalar tətbiq etmək qərarına cavab olaraq İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq. xəbər verir ki, Britaniyanın xarici işlər naziri Ed Miliband beynəlxalq hüquqa görə qanunsuz hesa
9 sentyabr