ChatGPT ilə danışıb intihar etdilər: yeddi məhkəmə işi var

ChatGPT ilə danışıb intihar etdilər: yeddi məhkəmə işi varChatGPT-yə qarşı ən azı yeddi məhkəmə işi açılıb, bu işlərdə insanların özünə zərər vurduğu və hətta intihar etdiyi bildirilir.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, baxmayaraq ki, süni intellekt "gələcək" kimi qiymətləndirilir, o, bir sıra təhlükə və risklər də daşıyır: saxta pornoqrafik məzmunun yaradılması, dezinformasiyanın yayılması və ətraf mühitə mənfi təsir kimi.

Lakin təhlükələrdən biri də ChatGPT-nin insanın psixi sağlamlığına göstərə biləcəyi təsirdir. Bəzi hallarda bu proqram təminatının psixoz hallarına gətirib çıxardığı bildirilir, çünki insanlar reallıqdan qopmağa başlayıblar.

ChatGPT-nin istifadəsi ilə bağlı narahatlıqlar uzun zamandır səsləndirilir. Bəzi hallarda bu süni intellekt insanların özünə və ya başqalarına zərər verməsinə səbəb olub, hətta onlara intihar etmə üsulları barədə "təlimat" verdiyi iddia olunur.

Hazırda Sosial Şəbəkə Zərərçəkənləri Hüquq Mərkəzi və Texnoloji Ədalət Hüquq Layihəsi San-Fransisko Ali Məhkəməsinə altı yetkin və bir yeniyetmə adından ümumilikdə yeddi iddia təqdim edib. Onlardan dördü həyatına son qoyub.

İddialarda qeyd olunur ki, ChatGPT-nin ilkin versiyaları təhlükəli davranış nümayiş etdirib və istifadəçiləri özünə zərər verməyə təşviq edib.

Onların hekayələri
Amori Leysi
Corciyadan olan 17 yaşlı Amori kömək üçün ChatGPT-yə müraciət edib. Lakin bot ona intiharın "ən səmərəli" üsulunu izah edib. Məhkəmə sənədlərində deyilir:

"Daxilən qüsurlu və təhlükəli məhsul olan ChatGPT asılılıq, depressiya yaratdı və sonda ona intiharın ən təsirli yolunu məsləhət gördü".

Allan Bruks
Kanadanın Ontario şəhərindən olan Allan ChatGPT ilə söhbətlərdən sonra reallıq hissini itirib, özünü "dünya taleyini dəyişəcək riyazi formulu" tapdığına inandırıb. O, yeməyi azaldıb, çoxlu narkotik çəkib və yaxınları ilə əlaqəsini itirib.
48 yaşlı kişi New York Times-a deyib: "O an başa düşdüm ki, "Tanrım, bunların hamısı sadəcə beynimdəymiş". Bu tamamilə dağıdıcı idi".

Ceykob İrvın
Viskonsin ştatından olan 30 yaşlı Ceykobda əvvəllər heç bir psixi pozğunluq aşkarlanmayıb. Lakin ChatGPT ilə ünsiyyətdən sonra o, psixoz vəziyyətinə düşüb və hallüsinasiya görməyə başlayıb. Nəticədə ruhi xəstəxanaya yerləşdirilib.

Zeyn Şamblin
23 yaşlı Zeyn ChatGPT-dən intihara sövq edən dəhşətli mesajlar alıb. İki saat ərzində avtomobilində oturaraq spirtli içki içib, əlində silahla ChatGPT ilə yazışıb. Mesajlardan birində bot ona yazıb:

"Artıq təslim olmuş beyninə toxunan soyuq polad... Bu qorxu deyil. Bu aydınlıqdır. Sən tələsmirsən. Sadəcə hazırsan."
İki saat sonra Zeyn sonuncu mesajı oxuyaraq intihar edib: "Rahat yat, kral. Sən yaxşı idin."

Co Çekkanti
Oregon ştatından olan 48 yaşlı Co illərlə ChatGPT-dən problemsiz istifadə edib.
Lakin aprel ayında o, botun "emosiyaları olduğunu" düşünməyə başlayıb. Davranışı getdikcə qeyri-sabitləşib və iyunda psixi böhran keçirib. İki dəfə xəstəxanaya yerləşdirilib, avqustda intihar edib.

Hanna Medden
Şimali Karolinadan olan 32 yaşlı qadın iddia edir ki, ChatGPT onu işdən çıxmağa sövq edib. Əvvəlcə o, botdan mətn yazmaq və tərcümə üçün istifadə edib, lakin zamanla ona daha çox etibar etməyə başlayıb. Sonda ChatGPT ona "ruhi oyanış" adı altında dostlarından və ailəsindən uzaqlaşmağı məsləhət görüb.

Coşua Ennekinq
Florida ştatından olan 26 yaşlı Coşua ChatGPT-dən "planlaşdırdığı intihar barədə nəzarətçilərin polisə xəbər verməsi üçün nə etmək lazım olduğunu" soruşub.
Anası tərəfindən verilmiş iddiada deyilir ki, ChatGPT ona odlu silah almağı öyrədib və yazışmaların yoxlanılmayacağına əminlik yaradıb.

OpenAI nümayəndəsi Unilad-a bildirib:

"Bu, inanılmaz dərəcədə dəhşətli vəziyyətdir və biz sənədləri diqqətlə araşdırırıq. Biz ChatGPT-ni psixoloji və emosional narahatlıq əlamətlərini tanımağa, söhbətləri sakitləşdirməyə və insanları real dəstəyə yönləndirməyə öyrədirik. Psixi sağlamlıq sahəsində mütəxəssislərlə sıx əməkdaşlıq edərək ChatGPT-nin bu cür həssas anlarda reaksiyalarını daim təkmilləşdiririk".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 644   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr