Norveç Ukraynanın hərbi kreditlərinin təmini üçün fond yaratmağı təklif edib
Norveç Avropanın Ukraynaya 100 milyard avrodan çox hərbi kreditinin təmin edilməsi üçün 1.7 trilyon avroluq suveren rifah fondunu təqdim etmək imkanını nəzərdən keçirir.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" yazıb.
Bildirilir ki, bu təklif kəskin maliyyə çatışmazlığı və dondurulmuş Rusiya aktivlərinin hesabına 140 milyon avronun cəlb edilməsi planlarına müqavimət fonunda müzakirə olunur.
Norveçli iqtisadçılar Hovard Halland və Knut Anton Morkun təşəbbüsü artıq ölkə parlamentində dəstəklənib, burada doqquz siyasi partiyadan dördü təklifi bəyənib.
Norveçin Baş naziri Jonas Qar Störe təklifi nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyib və mexanizmlərə dair analitik hesabatın hazırlanmasını tapşırıb. Lakin yekun qərar Aİ ilə məsləhətləşmələrdən sonra qəbul ediləcək.
Aİ Şurasına sədrlik edən Danimarka Norveçin mümkün iştirakını müsbət qiymətləndirib. Baş nazir Mette Frederiksen sözügedən təşəbbüsü alqışlayıb. Müzakirələr cümə günü Brüsseldə danışıqlarda davam etdiriləcək. Burada Aİ Belçikanın dondurulmuş Rusiya aktivlərindən təminat kimi istifadə olunmasına etirazlarını aradan qaldırmağa çalışılacaq.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 445 Tarix: 09 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya və Çinin ABŞ-nin "Qızıl qübbə"sinə qarşı planı
Rusiya və Çin ABŞ-nin "Golden dome" ("Qızıl qübbə") raket əleyhinə müdafiə sisteminin effektivliyini asanlıqla aşağı sala bilərlər. xəbər verir ki, bu barədə ABŞ-nin Xarici Siyasət Araşdırmaları Mərkəzinin (FPRI) hesabatında qeyd olunur. Bildirilir ki, "Qızıl qübbə" raketlər
12 sentyabrYetkinlik yaşına çatmış hər kəsə - 5000 dollar vəd etdi
"Respublikaçılar aralıq seçkilərdə qalib gəlsələr, yetkinlik yaşına çatmış hər bir ABŞ vətəndaşına 5 min dollar veriləcək". "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Dallas şəhərində Respublikaçılar Partiyasının milli qurultayında çıxış
10 sentyabr2900 kilometr dərinlikdə təəccüblü kəşf: 6 yeni struktur aşkarlandı
Çinli alimlər son 35 ildə qeydə alınmış 2 milyondan çox zəlzələ məlumatını maşın öyrənməsi vasitəsilə araşdıraraq nüvə-mantiya sərhədində əvvəllər sənədləşdirilməmiş 6 böyük struktur aşkar ediblər. Bu strukturların nədən ibarət olduğu hələlik məlum deyil. Qaynarinfo xəbər verir ki, dünyanın yüzlərlə
10 sentyabrGünəş qəfil yoxa çıxsaydı, Yer bunu dərhal bilməzdi - Səbəbi budur
Mümkünsüz bir hadisəni - Günəşin qəfil yoxa çıxmasını təsəvvür etsək, Yer bunu dərhal hiss etməzdi. Günəşin son işığı daha 8 dəqiqə 19 saniyə ərzində bizə çatmağa davam edərdi. Orta hesabla işığın Günəşlə Yer arasındakı məsafəni qət etməsi üçün məhz bu qədər vaxt tələb olunur. Qaynarinfo "Spac
8 sentyabrPutin Hindistana gedir
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-dən 13-dək Hindistanda işgüzar səfərdə olacaq. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib. Məlumata görə, Putin sentyabrın 12-dən 13-dək Hindistanın paytaxtı Nyu-Dehlidə keçiriləcə
10 sentyabrUkrayna dronları Dağıstan dəniz limanına zərbə endirib
Dağıstan Respublikanın icraçı rəhbəri Fyodor Şukinin sözlərinə görə, Ukrayna dronları Dağıstanın paytaxtı Mahaçqalaya hücum edib. Dronlardan düşən qırıntılar nəticəsində dəniz limanında və Həmzət Tsadasa Avar Musiqi və Dram Teatrında yanğınlar baş verib. xəbər verir ki, Şukin özünün Telegram kanalınd
10 sentyabrİran ballistik raketlərin istehsalını bərpa edib
İran ballistik raketlərin istehsalını bərpa edib. xəbər verir ki, Amerika kəşfiyyatının məlumatına görə, Tehran yeraltı qurğulardakı komponent ehtiyatlarından hazır məhsullar yığır. ABŞ və Yaxın Şərq rəsmiləri The Wall Street Journal-a bildiriblər ki, İran ehtiyatda olan komponentlərdən istifadə edərə
11 sentyabrKiyevə dron hücumu zamanı 4 yanacaqdoldurma məntəqəsi vurulub
Rusiya ordusunun sentyabrın 11-i səhər saatlarında Kiyevə reaktiv dronlarla zərbələri nəticəsində yanacaqdoldurma məntəqələri (YDM) vurulub. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın paytaxtında dörd yanacaqdoldurma məntəqəsi məhv edilib. YDM-lər Kiyevin Obolon, Qolosi
11 sentyabrRusiya Ukraynaya məxsus 777 pilotsuz təyyarəni vurub
Rusiya hava hücumundan müdafiə qüvvələri Bryansk, Kursk, Belqorod, Oryol, Kaluqa, Voronej, Tula, Ryazan, Lipetsk, Nijni Novqorod, Saratov, Rostov, Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası, Krım, Udmurtiya Respublikası əraziləri, eləcə də Qara və Xəzər dənizlərinin suları üzərində Ukraynay
11 sentyabr