Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcək

Fransa borclarına görə 74 milyard avro faiz ödəyəcəkFransanın dövlət borcu, yeni kreditlər üzrə faizlər də artmaqda davam edir, beləliklə, gələn il ölkənin borc yükü 74 milyard avroya çatacaq.

"Report"un məlumatına görə, bunu Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi "La Tribune Dimanche" qəzetinə müsahibəsində deyib.

"Biz dövlət maliyyə tariximizdə tamamilə görünməmiş bir məqama yaxınlaşırıq: Borc yükü tezliklə dövlətin əsas xərc maddəsinə çevriləcək. Bu o deməkdir ki, fransızların gözlədiyi müsbət prioritetlər üçün daha az pul olacaq: ətraf mühit və rəqəmsal keçidin və müdafiənin maliyyələşdirilməsi", - deyə o vurğulayıb.

Moskovisinin qeyd etdiyi kimi, ölkə iqtisadiyyatını dəstəkləmək üçün rəsmi Paris Fransa üçün borc faizinin yüksəldiyi bir vaxtda 310 milyard avro borc götürməli olacaq.

Eyni zamanda o, beynəlxalq agentliklər tərəfindən ölkənin kredit reytinqinin aşağı salınmasını "əhəmiyyətsiz" adlandırıb və qeyd edib ki, bu prosedurlar faktiki olaraq faiz dərəcələrinin artması şəklində bazarda artıq formalaşmış reallıqları əks etdirir:

"Biz hələ də kreditlər alırıq, lakin getdikcə artan qiymətlərlə. Biz 2026-cı ildə müdafiə investisiyalarını maliyyələşdirəcək Almaniyanın daxil olması ilə daha rəqabətli olacaq borc bazarının ən böyük borcalanlarıyıq".

Hesablama Palatasının rəhbəri vurğulayıb ki, borcun həcminə görə avrozonanın üçüncü ölkəsi olan Fransa üçün büdcə kəsirinin azaldılması prioritet məsələdir. 2026-cı ilin büdcə layihəsi dövlət borcunun ölkənin ÜDM-nin 118%-nə və ya 3,5 trilyon avroya qədər artması nəzərə alınmaqla, eyni zamanda büdcə kəsirinin ÜDM-in 5,4%-dən 4,6%-ə qədər azaldılması nəzərə alınmaqla hesablanıb.

Moskovisi həmçinin 2023-cü ildən sosial təminat kəsirinin iki dəfə artdığını və 2025-ci ildə 23 milyard avro təşkil edəcəyini açıqlayıb: "Fransanın maliyyə vəziyyətini fəlakətli hesab etmirəm. Ölkə ödəmə qabiliyyətinə malik ölkədir. Bir neçə ildən sonra maliyyə böhranı ilə üzləşsə belə, bu böhranının astanasında deyil".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 639   Tarix: 09 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Donald Tramp uşaqların az peyvəndlənməsi məsələsində niyə israr edir?

ABŞ Prezidenti Donald Tramp, autizm hallarının sayının azaldılması məqsədilə ölkədə uşaq peyvəndlərinin dozalarının azaldılmasına çalışacağını bəyan edib. xəbər verir ki, o bu barədə Ağ Evdə çıxış edərkən bəyanat verib. Tramp qeyd edib ki, müəyyən preparatlarla vaksinasiya prosesi bir neçə mərhələdə

19 sentyabr
.

ABŞ-də dizelin qiyməti rekordu yeniləyib

ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd

20 sentyabr
.

Zelenskidən etiraf: "Ukrayna büdcəsində "nəhəng dəlik" var"

Ukraynanın dövlət büdcəsində hazırda çox böyük "dəlik" problemi var. Lakin bu problemin həlli ilə bağlı təkliflər mövcuddur. Ukrayna Prezidentinin Ofisinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Karpat səkkizliyi" görüşündə media ilə ünsiyyət zaman

20 sentyabr
.

Tramp Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp ölkənin Çin və dünyanın qalan hissəsi üzərində texnoloji üstünlüyünü qorumaq məqsədilə Süni İntellekt Qüvvələrinin yaradılacağını açıqlayıb. xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. Ağ Ev rəhbəri yaxın vaxtlarda yeni strukturun rəhbərin

20 sentyabr
.

"WSJ": "Google"un neyroşəbəkəsi sınaq zamanı üç şirkətin sisteminə daxil olub

Google şirkətinin Gemini süni intellekt modeli kibertəhlükəsizlik imkanlarının sınağı zamanı müstəqil şəkildə üç real şirkətin qorunan sistemlərinə giriş əldə edib. "Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" yazıb. Hadisələr may ayında kibertəhlükəsizlik üzr

20 sentyabr
.

Kim Çen Inın bacısından ABŞ-yə xəbərdarlıq: "KXDR nüvə gücünü artıracaq"

ABŞ-nin hərbi təlimləri Şimali Koreyanı nüvə arsenalını gücləndirməyə vadar edir. -ın Koreya Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən verdiyi məlumata görə, bunu Şimali Koreya liderinin bacısı, Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon bildirib. Qeyd edək ki, 7-11 sentyabrd

20 sentyabr
.

Avropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir

İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu

20 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

Hörmüz boğazından kommersiya gəmiçiliyi 90% azalıb

Hörmüz boğazından kommersiya gəmiçiliyinin həcmi ABŞ və İran arasında qarşıdurma başlamazdan əvvəlki göstəricilərlə müqayisədə 90% aşağı olaraq qalır. "Report" xəbər verir ki, bu, Böyük Britaniyanın Dəniz Ticarət Gəmiçiliyi İdarəsinin (UKMTO) məlumatlarından məlum olur. "Gəmiçilik həcm

20 sentyabr