Beyni olmadan doğuldu, artıq 20 yaşını qeyd edir

Beyni olmadan doğuldu, artıq 20 yaşını qeyd edirABŞ-ın Nebraska ştatında demək olar ki, beyni olmadan doğulan Alex Simpson həkimlərin bütün proqnozlarını alt-üst edib. Doğulduğu zaman "5 yaşına belə çatmaz" deyilən Alex bu gün 20 yaşını qeyd edir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, doğulanda sağlam görünən Alexə iki ay sonra çox nadir rast gəlinən hidranensefaliya diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, onun kəllə boşluğunda cəmi kiçik barmaq boyda beyin toxuması var idi.

Alexin atası Shavn Simpson yerli televiziya kanalına verdiyi müsahibədə bildirib:
"İyirmi il əvvəl çox qorxurduq. Amma inanc — düşünürəm ki, bizi yaşadan elə o idi".

Anası Lorena isə qızını "həqiqi döyüşçü" adlandırıb. Alexin 14 yaşlı qardaşı SJ də bacısı ilə qürur duyduğunu deyib:

"İnsanlar ailəmi soruşanda ağlıma ilk gələn ad mənim bacım Alex olur. Onun bacım olmasından fəxr duyuram".

Ailənin sözlərinə görə, Alexin görmə və eşitmə mərkəzləri inkişaf etməsə də, o, ətrafındakı insanların hisslərini dərk edə bilir.

Mütəxəssislər bildirirlər ki, hidranensefaliya hər 5–10 min hamiləlikdən birində müşahidə olunur və bu vəziyyət adətən uşağın həyatının ilk ilində ölümcül olur. Amma Alex Simpson bu nadir diaqnozla 20 il yaşayaraq həkimləri təəccübləndirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1406   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Axios": ABŞ xarici hökumətlər üçün ən yaxşı tərəfdaş statusunu itirir

ABŞ ehtiyatların saxlanması, silahların alınması və tələbələrin təhsili baxımından xarici hökumətlər üçün üstünlük verilən seçim statusunu itirir. "Report"un xəbərinə görə, bu barədə "Axios"un məqaləsində bildirilir. Nəşr qeyd edib ki, hətta məhdud vəsait axını və ABŞ-dən asılılığı

13 sentyabr
.

"Reform UK"ə rekord məbləğdə ianə edilib

Sağ populist Böyük Britaniya partiyası "Reform UK", BitMEX kriptovalyuta platformasının həmtəsisçisi Ben Delodan 36 milyon funt (təxminən 48,7 milyon dollar) məbləğində ianə alıb. "Report" Britaniya mediasına istinadən xəbər verir ki, bu, Birləşmiş Krallığın siyasi partiyasına edilə

13 sentyabr
.

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 7 mini ötüb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına yoluxma hallarının təsdiqlənmiş sayı 7 022-yə çatıb. "Report"un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu barədə KDR hakimiyyəti məlumat yayıb. Qeyd olunur ki, mayın ortalarında "Bundibugyo" virusunun nadir ştammını

13 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Ayda yadplanetlilərin izləri ola bilər: Alimlər harada axtarmağı tapdılar

Çoxdan yox olmuş potensial yadplanetlilərin texnologiyalarının kiçik fraqmentləri ulduzlararası məkanı keçərək Aya düşmüş ola bilər. Yadplanetli mənşəli bu texnoloji qalıqları aşkar etmək, ehtimal ki, nisbətən asan olacaq. "Live Science"a istinadən xəbər verir ki, alimlər uzun müddətdir kosmosd

13 sentyabr
.

Vuçiç: Seçki siyahısında bir saatdan az vaxtda on minlərlə imza toplanıb

Serbiyada oktyabrın 25-nə təyin olunmuş növbədənkənar parlament seçkiləri üçün hakim koalisiyanın irəli sürdüyü "Aleksandar Vuçiç - Birləşmiş Serbiya" seçki siyahısına dəstək məqsədilə bir saatdan az müddətdə on minlərlə şəxs imza atıb. "Report"un Balkan bürosu xəbər verir ki, b

13 sentyabr
.

Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb

Türkiyədə 2027-2029-cu illər dövrü Dövlət İnvestisiya Proqramının hazırlanmasına dair sirkulyar (rəsmi məktub) dərc olunub. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə yayımlanan sənəddə makroiqtisadi sabitliyin qorunması, inflyasiyanı

13 sentyabr
.

Si Cinpin BRICS ölkələrini qlobal Cənub dövlətləri ilə birləşməyə çağırdı

"BRICS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin, CAR - red.) qlobal Cənub dövlətləri ilə birləşərək dünya səhnəsində vəziyyəti sabitləşdirməlidir". "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Sədri Si Cinpin Hindistanda BRICS ölkələri və tərəfdaş dövlətlərin liderlərini

13 sentyabr
.

İsveç parlament seçkilərində müxalifət az fərqlə irəlidədir

İsveçin Dövlət Seçki Komissiyasının məlumatlarına görə, müxalifətdəki solçu ittifaq səslərin 49,4%-i ilə, hakim sağçı ittifaq isə 49,1%-i ilə liderlik edir. xəbər verir ki, İsveçdə parlament seçkilərində səsvermə bazar günü baş tutub. Səsvermə məntəqələri yerli vaxtla saat 20:00-da bağlanıb. Seçki Komissiyasını

14 sentyabr