Həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - Ərdoğan açıqladı

Həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb - Ərdoğan açıqladı"Gürcüstanda qəzaya uğrayan təyyarəmizin "qara qutu"su aşkar edilib və araşdırmalar başlayıb".

"Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Şəhidlərimizdən 19-nun nəşi tapılıb, geri qalan bir şəhidimizin nəşinin axtarışları davam edir", - deyə Türkiyə lideri bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev, daha sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefon danışığı aparıb:

"Millətimizlə yanaşı azərbaycanlı bacı-qardaşlarımızı və gürcü dostlarımızı da dərin kədərə qərq edən bu faciəli hadisəni bütün tərəfləri ilə araşdırırıq. Gürcüstan qurumları bu prosesdə ən yüksək səviyyədə lazım olan yardımı və əməkdaşlığı göstərir. Azərbaycanlı bacı-qardaşlarımız da eyni qaydada gərəkli bütün dəstəyi, töhfəni verirlər".

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, təyyarənin göyərtəsində 20 hərbçi olub. Hadisə zamanı bütün ekipaj üzvü həlak olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 803   Tarix: 12 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini irəli sürüb

ABŞ Nümayəndələr Palatası Rusiya və İrana qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul etmək istiqamətində daha bir addım ataraq, yekun səsverməyə yol açan prosedur maneəsini aşıb. xəbər verir ki, müvafiq qətnamə 214 konqresmen tərəfindən səsə qoyulub, 211 nəfər əleyhinə çıxıb. Qanun layihəsi üzr

16 sentyabr
.

İslandiya balina ovunu birdəfəlik qadağan edə bilər

İslandiya hökuməti kommersiya məqsədli balina ovunun tam qadağan edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Qanun qəbul edilərsə, balina ovunu kommersiya məqsədilə davam etdirən əsas ölkələrin sayı daha da azalacaq. İslandiyanın qərarı balinaları

13 sentyabr
.

NATO qırıcıları ilk dəfə Litva üzərində pilotsuz təyyarəni vurub

Litva prezidenti Gitanas Nauseda NATO qırıcı təyyarələrinin Litva səmasında bir pilotsuz təyyarəni vurduğunu bildirib. xəbər verir ki, X sosial şəbəkəsində təfərrüatları açıqlamadan "Müttəfiqlərə tez reaksiyalarına görə təşəkkür edirəm" yazıb. LRT qəzetinin məlumatına görə, pilotsuz təyyar

15 sentyabr
.

Kanada Aİ-nin ilk assosiativ üzvü ola bilər: fon der Leyen

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kanadanın Baş naziri Mark Karniyə Kanadanın Avropa İttifaqının ilk assosiativ üzvü olması üçün işə başlamağı təklif edib. xəbər verir ki, Von der Leyen bu təklifi sentyabrın 16-da illik Birliyin Vəziyyəti ilə bağlı çıxışı zamanı irəli sürmüşdü. O, Aİ-ni

16 sentyabr
.

Lukaşenko ABŞ-nin xüsusi elçisi ilə görüşüb

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın Belarus üzrə xüsusi elçisi Con Kolun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. "Report" xəbər verir ki, bu barədə BELTA məlumat yayıb. "Cəmiyyət sizin səfərlərinizi böyük maraqla qarşılayır. Qonşular və digər dövlə

15 sentyabr
.

Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı

Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb. Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiy

14 sentyabr
.

Vanuatu sahillərində bərə batıb: bir nəfər ölüb, onlarla insan itkin düşüb

Vanuatu sahillərində bərənin batması nəticəsində azı bir nəfər ölüb, 30-dan çox insan itkin düşüb. "Report"un xəbərinə görə, bu barədə "Reuters" Baş nazir Jotam Napatanın Dəftərxanasına istinadən məlumat yayıb. "MV Matui" bərəsində heyət üzvləri də daxil olmaqla onlarl

13 sentyabr
.

ABŞ fond indeksləri hərracı enişlə başa vurdu

ABŞ fond indeksləri bazar ertəsi günü neft qiymətlərinin artması və süni intellektin texnoloji və maliyyə perspektivləri ilə bağlı narahatlıqlar fonunda ticarətdə aşağı düşdü. xəbər verir ki, süni intellekt nəhəngi Anthropic-in baş direktoru Dario Amodei, həftəsonu təhlükəsizliklə bağlı narahatlıqla

15 sentyabr
.

Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir

ABŞ administrasiyası İran xalqının təslim olmasını istəyir. "Report" "Fars" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib. "Amerika zor gücü ilə İran xalqını təslim olmağa məcbur edə bilmədiyi üçün elə etmək istəyir ki, xalq dolanışıq və imkanları

13 sentyabr