Ölümdən sonra insanlar nə hiss edir? - İki dəfə sağ qalan qadın axirətlə bağlı həqiqəti danışdı
İki klinik ölüm keçirən amerikalı Debora Prum gördüklərini və hiss etdiklərini təsvir edərək, ölümün o tayında yaşadığı işıq, enerji və tam sakitlik dolu təcrübədən danışıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Vircinya ştatında yaşayan Debora iki dəfə həyatı bahasına gələn hadisə yaşayıb və həmin anlarda bədənindən ayrıldığını hiss edib.
Birinci klinik ölüm 1980-ci illərin ortalarında, Deboranın ilk övladına hamilə olduğu vaxt baş verib. Qadında qəfil olaraq təzyiq yüksəlib, qan dövranı və qaraciyər fəaliyyətində ciddi problemlər yaranıb, bir neçə dəfə qıcolma keçirib. O an Debora öz bədənindən ayrıldığını hiss edib: "Mən özümü tavandan izləyirdim. Fiziki varlığım sanki yox idi. Hər şey sakit, qorxusuz və dərin rahatlıq içində idi," – deyə o xatırlayır.
İkinci hadisə 20 ildən çox sonra baş verib. Debora və həyat yoldaşı ağır avtomobil qəzasına düşüblər. Həmin an qadın sanki sarımtıl işıqla dolu, enerjili bir məkanda olduğunu hiss edib. "Mən artıq ayrı bir şəxs kimi hiss etmirdim. Sanki daha böyük bir həyat qüvvəsinin parçasına çevrilmişdim. Tam sakitlik və təhlükəsizlik duyğusu vardı," – deyə Debora danışır.
Qəza zamanı o, yaxınlaşaraq əlini tutan, lakin başqalarının görmədiyi bir kişinin varlığını da xatırlayır. "O, mənə hərəkət etməməyi dedi və əlimi tutdu, təcili yardım gələnə qədər yanımda qaldı. Lakin nə ərim, nə də xilasedicilər onu görmədilər," – deyə o əlavə edib.
Hər iki dəfə Debora bədənindən ayrılma və hadisələri başqa bucaqdan izləmə təcrübəsini yaşayıb. Birinci klinik ölüm zamanı o, üç gün koma vəziyyətində qalıb, yeni doğulan oğlu isə iki həftə reanimasiya şöbəsində müalicə olunub.
"Bu iki klinik ölümü yaşamasaydım, belə təcrübələrin mövcud olduğuna inanmazdım," – deyə qadın etiraf edir.
Elm adamları son illərdə klinik ölüm keçirən insanlarda bu cür təcrübələrin işıq, sükunət və bədən xarici müşahidə halları daha çox qeydə alındığını bildirirlər. Deboranın hekayəsi göstərir ki, bəziləri üçün "o dünya" sakitlik, enerji və həyatla birləşmə halı kimi təzahür edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 740 Tarix: 16 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrABŞ müttəfiqlərini raket tədarükündə gecikmələr barədə xəbərdar edib
ABŞ-nin müttəfiqləri Vaşinqtonun İranla müharibə zamanı öz silah ehtiyatlarını tükətməsi səbəbindən raket və hava hücumundan müdafiə vasitələrinin tədarükündə gecikmələrlə üzləşə bilər. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb. Qey
20 sentyabrİrandan Fransaya sərt cavab: "Timsah göz yaşları tökməyin"
"Müstəqillik müharibəsi dövründə 1.5 milyon əlcəzairli Fransa tərəfindən qətlə yetirilib. Paris onların yalnız onda birindən azını rəsmən tanıyır və Fransa indiyədək öz müstəmləkə cinayətlərinə görə üzr istəməkdən boyun qaçırır", - deyə nazir qeyd edib. Əraqçı, həmçinin Barronu Minabdakı məktəb
19 sentyabrTrampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabr