Ölkədən qaçan baş nazir edam cəzasına məhkum edildi
Banqladeşin keçmiş baş naziri Şeyx Hasina və daxili işlər naziri Əsəduzzaman Kan edam cəzasına məhkum edilib.
Milli.Az xəbər verir ki, məhkəmə bu iki şəxsi keçən il hökumətə qarşı etirazlar zamanı zorakılığa görə mühakimə edib.
Banqladeş Səhiyyə Nazirliyi keçən ilki etirazlarda 621-dən çox insanın öldüyünü, BMT isə ölənlərin sayının 1400-ə yaxın olduğunu bildirib.
Banqladeşdə xüsusi məhkəmə keçmiş baş nazir Şeyx Hasina və keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalı ötən il hökumət əleyhinə etirazlar zamanı zorakılıqlara görə "insanlığa qarşı cinayətlər"də təqsirli bilib.
Paytaxt Dəkkə məhkəməsi devrilmiş baş nazir Şeyx Hasinanı və keçmiş daxili işlər naziri Əsəduzzaman Xan Kamalı ölüm cəzasına məhkum edib.
Qeyd edək ki, keçən il Banqladeşdə tələbələrin başçılığı ilə başlayan hökumət əleyhinə etirazlar polisin zorakı müdaxiləsi və yüzlərlə insanın ölümü ilə nəticələnib. Şiddətli üsyandan sonra hakimiyyətdən kənarlaşdırılan keçmiş baş nazir Hasina qətl, adam öldürməyə cəhd, işgəncə və etirazçılara qarşı öldürücü silahlardan istifadə əmri verməkdə günahkar bilinib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 857 Tarix: 17 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada nəhəng kəşf: Böyük qızıl ehtiyatı üzə çıxdı
Finlandiyada Rusiya sərhədinə təxminən 10 kilometr məsafədə yerləşən ərazidə aşkar edilən qızıl yataqlarının ilkin proqnozlardan daha böyük olduğu açıqlanıb. Qaynarinfo xəbər verir ki, Finlandiyanın dövlət yayım qurumu "Yle"nin məlumatına görə, mədən şirkəti "Endomines" qış mövsümünd
18 mayPeskov "cəza olaraq" türk dilini öyrənməyə məcbur edilib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov arzuolunan xarici dilin öyrənilməsi üzrə kifayət qədər bal toplamadığına görə cəza olaraq türk dilini öyrənib. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi özü jurnalistlərlə söhbətində danışıb. "Dili özüm seçmək hüququn
18 mayABŞ-də zəhərli kimyəvi maddəyə görə onminlərlə insan təxliyə edildi
ABŞ-nin Kaliforniya ştatında yerləşən aerokosmik şirkətlərdən birində zəhərli kimyəvi maddələrin sızması nəticəsində ətraf şəhərlərdən 44 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. xəbər verir ki, hadisə ilə bağlı mənbələrinə istinadən "CBS News" telekanalı məlumat yayıb. Məlumata əsasən, Qarden-Qrouvdak
23 mayNiyə ağaclar göy üzünə qədər uzana bilmir?
Kaliforniya sekvoyaları öz inanılmaz hündürlüklərinə yalnız əlverişli mühitə deyil, həm də son dərəcə mürəkkəb bioloji tarazlığa borcludur. Lakin bu sistemin də fizikanın qoyduğu qəti bir həddi var. Qaynarinfo xəbər verir ki, bu barədə "Raketa" yazır. Dünyanın ən hündür ağacları sırasında ola
19 may