Orta Asiyanın Pompeyi: Nəhəng gölün dibində itmiş İpək Yolu şəhəri tapıldı

Orta Asiyanın Pompeyi: Nəhəng gölün dibində itmiş İpək Yolu şəhəri tapıldıAtlantida haqqında əfsanə həmişə dünyanın dərinliklərində unudulmuş yaşayış məskənlərinin ola biləcəyi fikrini gündəmdə saxlayıb. İndi isə Rusiya Elmlər Akademiyasının tədqiqatçıları Qırğızıstandakı nəhəng İssık-Kul gölünün altında "batmış şəhər izləri" aşkar etdiklərini açıqlayıblar.

Qaynarinfo xəbər verir ki, maksimum 668 metr dərinliyi ilə dünyanın səkkizinci ən dərin gölü olan bu duzlu göldə tapıntılar təəccüblü şəkildə cəmi 4 metr dərinlikdə müəyyən edilib.

Aşkar edilənlər arasında Orta əsrlərə aid bir məzarlıq, iri keramika qabları və bişmiş kərpiclə inşa edilmiş bir binanın qalıqları var. Mütəxəssislər bu şəhərdə müsəlman ibadətgahlarının, məktəblərin, hamamların və ehtimal ki, çörək istehsalı üçün dəyirman və emal müəssisələrinin mövcud olduğunu düşünürlər.

Ekspedisiyanın rəhbəri və Qırğızıstan Milli Elmlər Akademiyasının araşdırmaçısı Valeri Kolçenko "Araşdırdığımız ərazi bir şəhər və ya böyük ticarət mərkəzi olub" deyərək, buranın əhəmiyyətli bir ticarət məskəni olduğunu bildirir. Lakin Kolçenkonun sözlərinə görə, şəhər XV əsrdə "miqyasına görə Pompey fəlakəti ilə müqayisə edilə bilən" dəhşətli bir faciədə su altında qalıb.

Tyanşan dağları ilə əhatələnmiş İssık-Kulun su səviyyəsi antik dövrlərdən bəri əhəmiyyətli dərəcədə yüksəlib. Bu geoloji dəyişiklik bir zamanlar sahil xəttində yerləşən bu mühüm yaşayış məntəqəsinin indi gölün altında qalmasının əsas səbəbi sayılır.

Arxeoloqlar gölün şimal-qərbində su altında qalan Toru-Ayğır kompleksində qazıntılar aparıblar. Tədqiqatçılar göl sahilinə yaxın, cəmi bir-dörd metr dərinlikdə yerləşən çox dayaz dörd sualtı zonanı araşdırıblar.

Birinci zonada bişmiş kərpicdən tikililər, çökmüş daş konstruksiyalar, taxta dirəklər və taxıl üyütmək üçün istifadə olunan iri dairəvi dəyirman daşı tapılıb. Tədqiqatçılar burada ehtimal ki, məscid, hamam və ya mədarəsi funksiyasını yerinə yetirmiş bir ictimai binanın qalıqlarının üzə çıxarıldığını düşünürlər.

Digər üç zonada isə erkən dövrə aid məzarlıq, 13-cü əsrə aid müsəlman nekropolu və kerpiçdən tikilmiş dairəvi və düzbucaqlı qurğular aşkar olunub. Bundan əlavə, ənənəvi islam dəfn mərasimlərinin izlərini daşıyan qəbirlər tapılıb; skeletlər qibləyə yönəlmiş halda şimala baxır. Layihəni maliyyələşdirən Rusiya Coğrafiya Cəmiyyətinin məlumatına görə, bütün bu tapıntılar burada bir zamanlar qədim bir şəhərin mövcud olduğunu qəti şəkildə təsdiqləyir.

Toru-Ayğırdakı bu itmiş yaşayış məskəni, Avropa ilə Asiyanı birləşdirən tarixi şəbəkə olan İpək Yolunun mühüm bir hissəsində yerləşən şəhər və ya iri ticarət mərkəzi idi. E.ə. 2-ci əsrdən 15-ci əsrin ortalarına qədər aktiv olan İpək Yolu Çin və Aralıq dənizi arasında ipək, ədviyyat, qiymətli metallar və ideyaların mübadiləsini təmin etmiş, sənət, sənaye və dinin yayılmasında əsas rol oynamışdı.

Kolçenkonun sözlərinə görə, İssık-Kuldakı şəhər 15-ci əsrin əvvəlində baş vermiş güclü zəlzələ nəticəsində dağılıb və sular altında qalıb. O bildirir: "Qiymətləndirmələrimizə əsasən, faciə baş verən zaman sakinlər artıq yaşayış məntəqəsini tərk etmişdi".

Təbii fəlakətdən sonra bölgənin demoqrafiyası kəskin dəyişib və zəngin Orta əsr məskəni tənəzzülə uğrayıb. Onların yerini köçəri tayfalar alıb və bu gün gölün sahilində bir çox kiçik kəndlər yerləşir.

Tapıntılarla bağlı qeyri-müəyyənlikləri tam aradan qaldırmaq üçün götürülmüş nümunələr, üzvi materialların yaşını yüksək dəqiqliklə müəyyənləşdirən sürətləndirici kütlə spektrometriyası (AMS) analizinə göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 635   Tarix: 19 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr