3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı
Alimlər 3,3 milyard ildən qədim qayalarda həyatın mövcudluğunu sübut edən kimyəvi dəlillər aşkarlayıblar ki, bu da Yer üzündə həyatın başlanğıc tarixini daha da qədim dövrə çəkir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" yazıb.
Həmçinin yeni araşdırma oksigen yaradan fotosintezin başlanğıcını təxminən bir milyard il geriyə çəkən molekulyar dəlillər təqdim edib.
Qeyd olunur ki, ABŞ-dakı Karnegi Elm İnstitutunun rəhbərliyi ilə beynəlxalq komanda qabaqcıl kimyəvi analizi süni intellekt texnologiyası ilə birləşdirən yeni yanaşmadan istifadə edib.
Miçiqan Dövlət Universitetinin Yer və ətraf mühit elmləri kafedrasının dosenti Keti Maloni bildirib ki, qədim süxurlar Yer üzündə həyatın tarixini izah edən maraqlı sirrlərlə doludur, lakin həmişə bir neçə vacib "parça" çatmır. Onun sözlərinə görə, kimyəvi analizlə maşın öyrənməsinin birləşməsi indiyə qədər görünməyən qədim bioloji izlərin aşkarlanmasına imkan verib.
Nəşr vurğulayır ki, Yerin ən qədim süxurları ilkin həyat formaları barədə müəyyən ipucları verə bilər. Lakin bu süxurlarda orijinal molekulyar izlərin tapılması çox çətindir, çünki kövrək qalıqlar və biosiqnallar milyard illər ərzində geoloji proseslər nəticəsində əzilib, qızdırılıb və məhv edilib.
Eyni zamanda yeni araşdırma göstərir ki, orijinal biomolekullar yox olsa belə, onların fraqmentləri erkən biosfer haqqında diaqnostik məlumatı saxlamaya davam edə bilər.
"Interesting Engineering" yazır ki, tədqiqat qrupu süni intellekt sistemini maşın öyrənməsi vasitəsilə qədim orqanizmlərin buraxdığı zəif molekulyar "barmaq izlərini" tanımağa öyrədib. Alimlər 400-dən çox nümunəni – müasir bitkiləri, milyardillik fosilləri və meteoritləri – analiz ediblər.
Kimyəvi analiz sayəsində üzvi və qeyri-üzvi materiallar molekulyar fraqmentlərə ayrılıb və süni intellekt həyatın mövcudluğunu göstərən kimyəvi qanunauyğunluqları öyrənib. Modellər bioloji və qeyri-bioloji materialları 90 faizdən çox dəqiqliklə ayıra bilib.
Yeni üsul sayəsində alimlər 3,3 milyard ildən qədim qayalarda həyat izləri, həmçinin ən azı 2,5 milyard illik qayalarda oksigen istehsal edən fotosintezin əlamətlərini aşkarlayıblar.
Karnegi İnstitutunun baş elmi əməkdaşı və məqalənin həmmüəllifi doktor Robert Heyzen qeyd edib ki, qədim həyat yalnız fosillər deyil, kimyəvi "əks-sədalar" da buraxır və maşın öyrənməsi bu əks-sədaları ilk dəfə etibarlı şəkildə şərh etməyə imkan verir.
Tədqiqatçılar bildirirlər ki, süni intellektə əsaslanan kimyəvi analiz üsulu yalnız Yer üçün nəzərdə tutulmur.
Keti Maloninin sözlərinə görə, bu innovativ texnika qədim dövrlərin fosil yazılarını yeni şəkildə oxumağa imkan verir və digər planetlərdə həyat axtarışında da faydalı ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 774 Tarix: 19 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın Çin avtomobilləri ilə bağlı planı ABŞ-də narahatlıq yaratdı
İri avtomobil istehsalçıları, tədarükçülər və dilerlər ABŞ Prezidenti Donald Trampı gələn həftə Çin Prezidenti Si Cinpinlə planlaşdırılan görüşü ərəfəsində Çin avtomobil istehsalçılarının ABŞ bazarına daxil olmasına icazə verməməyə çağırıblar. "Reuters"ə istinadən xəbər verir ki, bu barəd
19 sentyabrQrenlandiya ilə bağlı tarixi addım: Tramp saziş bağlandığını açıqladı
ABŞ Prezidenti Donald Tramp Danimarka və Qrenlandiya ilə saziş bağlandığını bəyan edib. Onun sözlərinə görə, saziş Birləşmiş Ştatların Arktika adasında daimi hərbi hüquqlar əldə etməsini nəzərdə tutur. xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasında yazıb. "Məmnuniyyətl
20 sentyabrUkrayna və Rusiya arasında mülki şəxslərin mübadiləsi həyata keçirilib
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib. Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb. "Dah
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrTramp oğlunun toyuna rusiyalı iş adamının pul ödəməsindən danışdı
ABŞ Prezidenti Donald Tramp böyük oğlu kiçik Donald Trampın toy xərclərini qismən ödəyən rusiyalı iş adamı, Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyova pulların geri qaytarıldığını bəyan edib. "Meduza"ya istinadən xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasınd
20 sentyabrEdqars Rinkeviç: "Avropa Rusiya raketlərindən qorunmağa hazır deyil"
"Avropa ölkələri pilotsuz aparatlar və hava müharibəsi texnologiyalarının sürətli inkişafından geri qalır. Rusiya ərazisindən həyata keçirilə biləcək potensial raket zərbələrinin qarşısını almaq gücündə deyil". xəbər verir ki, bu fikirləri Latviya prezidenti Edqars Rinkeviç "The Guardian"
20 sentyabr