Gələn il iki Günəş və iki Ay tutulması baş verəcək

Gələn il iki Günəş və iki Ay tutulması baş verəcək2026-cı ildə iki Günəş və iki Ay tutulması baş verəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin ilk Günəş tutulması fevralın 17-də baş verəcək. Bu tutulma 2008-ci il fevralın 7-də baş vermiş halqavari Günəş tutulmasının təkrarı olacaq. Buna oxşar növbəti tutulma isə 2044-cü il fevralın 28-də baş verəcək.

Qismən tutulma saat 13:56:14-də başlayıb, saat 18:27:30-da sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 31 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 16:11:45-ə təsadüf edəcək və maksimumda davametmə müddəti 2 dəqiqə 20 saniyə olacaq.

Mərkəzi tutulma saat 15:42:38-də başlayıb, saat 16:41:21-də başa çatacaq. Ay Yerdən daha uzaq məsafədə olduqda görünən bucaq ölçüsü Günəşin bucaq ölçüsündən kiçik olduğuna görə mərkəzi tutulma zamanı Ay Günəşin səthini tam bağlamır və Ayın ətrafında üzüyəbənzər parlaq halqa yaranır. Bu zaman baş verən tutulma "halqavari Günəş tutulması" adlanır. Ay kölgəsinin orta uzunluğu 373 320 km-dir, lakin 2026-cı il fevralın 17-də Ayın Yerdən məsafəsi 387 663 km təşkil edəcək. Buna görə də Ayın kölgəsi Yer səthinə çatmayacaq. Nəticədə Ay Günəş diskinin yalnız 0.963 hissəsini örtəcək və Günəşin nazik parlaq halqası görünəcək. Halqavari tutulma zamanı Günəşin bu parlaq halqası Günəş tacını (koronanı) və Günəşin yaxınlığında yerləşən ulduzları görməyə imkan vermir.

Halqavari tutulma Antarktida və Hind okeanının cənub akvatoriyasında müşahidə olunacaq. Qismən tutulma fazaları isə demək olar ki, bütün Antarktidada (yalnız Yeni Zelandiya istiqamətinə baxan sahil zolaqları istisna olmaqla), həmçinin Çilinin və Argentinanın cənubunda, Cənubi Afrikada, Madaqaskarda, Botsvananın mərkəzi və cənubunda (qərb və şimal-qərb rayonları istisna olmaqla), Zimbabvedə, Malavidə, Mozambikdə, Tanzaniyanın cənubunda, həmçinin Atlantik okeanının cənub zonasında və Hind okeanının cənub-qərb və cənub hissələrində müşahidə ediləcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

İlin 2-ci Günəş tutulması 2026-cı il avqustun 12-də baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma 2008-ci il avqustun 1-də baş vermiş tam Günəş tutulmasının təkrarıdır. Buna oxşar növbəti tutulma isə 2044-cü il avqustun 23-də baş verəcək.

Qismən tutulma saat 19:34:01-də başlayıb, saat 23:57:48-də sona çatacaq. Tutulma hadisəsi təxminən 4 saat 24 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 21:46:06-ya təsadüf edəcək. Mərkəzi tutulma saat 20:57:54-də başlayıb, saat 22:30:01-də başa çatacaq. Tam tutulma zamanı Ayın kölgə konusu Yer səthini kəsir (Ay Yerə kifayət qədər yaxın məsafədə olur və Günəşi tamamilə örtür). Ayın kölgəsinin orta uzunluğu 373 320 km-dir. 2026-cı il avqustun 12-də isə Yer və Ay arasındakı məsafə 359 445 km təşkil edəcək. Bu halda Ayın görünən diametri Günəş diskinin görünən diametrindən 1.0386 dəfə böyük olacaq. Tutulma hadisəsi Şimali Amerikanın şimalında, Afrikanın şimali-qərbində, Avropada müşahidə olunacaq. Tam tutulma isə yalnız Qrenlandiya, İslandiya, Portuqaliya, İspaniyada və Rusiyanın Krasnoyarsk şəhərində müşahidə olunacaq. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edəcək. Tutulma hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin ilk Ay tutulması martın 3-də baş verəcək. Bu, tam Ay tutulması olacaq. Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və planetimizin təbii peyki səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanlı Ay" effekti ilə müşayiət olunur və səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır. Əslində, Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi gözlə görünən tutulma başlayır. Yarımkölgəli Ay tutulması saat 12:44:25-də, qismən Ay tutulması saat 13:50:00-da, tam tutulma isə saat 15:04:26-da başlayacaq. Tam tutulma təxminən 58 dəqiqə davam edəcək. Tutulmanın maksimumu saat 15:33:46-da olacaq. Saat 16:02:45-də tam tutulma, saat 17:17:10-da qismən tutulma, saat 18:22:59-da yarımkölgəli Ay tutulması sona çatacaq.

Asiyadan, Avstraliyadan və Şimali Amerikadan görünəcək bu tutulma 31 dekabr 2028 - 1 yanvar 2029-cu ildə baş verəcək "Qanlı Ay" tutulmasına qədər olan sonuncu tam Ay tutulmasıdır. Tutulma prosesi zamanı Ay üfüqün altında olduğuna görə Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

2026-cı ilin ikinci Ay tutulması avqustun 28-də baş verəcək. Bu dəfə Ay Yer kürəsinin yalnız kölgəsinin bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq. Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.

Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 516   Tarix: 20 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr