Böcek ailəsi ilə bağlı kütləvi həbslər davam edir - "Oteldə kilidli qalıblarmış..."
İstanbulun Fatih rayonunda Almaniyadan istirahətə gələn Böcek ailəsinin zəhərlənərək həyatını itirməsi ilə bağlı aparılan istintaq çərçivəsində otel sahibi və əməkdaş həbs olunub.
Milli.Az xəbər verir ki, Almaniyadan İstanbula səfər edən 4 nəfərlik Böcek ailəsi zəhərlənmə şübhəsi ilə xəstəxanaya aparılmış, lakin bütün müdaxilələrə baxmayaraq həyatlarını itirmişdilər. Hadisə ilə bağlı İstanbul Cumhuriyyət Baş Prokurorluğunun verdiyi qərarla ümumilikdə 11 nəfər saxlanılıb, onlardan 8-i həbs olunub, 3 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıbı.
İstintaq çərçivəsində ifadə verən otel işçisi hadisə gecəsini belə izah edib:
"22:45 radələrində otele gəldim. Oteldə qusuntu qoxusu var idi. Saat 01:00-də qoxuya görə hava almaq üçün çölə çıxdım. Bir qədər sonra geri qayıtdım. 01:30-da yemək yemək üçün otelin qapısını kilidləyib yaxınlıqdakı kababçıya getdim. Qapını kilidləməkdə məqsədim otelə oğru girməsinin qarşısını almaq idi. Onsuz da giriş qapısında əlaqə nömrəsi və açarların masanın üzərində olduğu yazılıb. Aldığım yeməyi oteldəki qoxuya görə yan həyətdə yedim. Təxminən 15-20 dəqiqə sonra qayıdanda qapı önündə ambulans gördüm. Hadisələrlə heç bir əlaqəm yoxdur, özümü günahkar hesab etmirəm."
İfadədə yer alan məlumatlardan sonra hadisə gecəsinə aid görüntülər də ortaya çıxıb. Kadralarda ailə üzvlərinin oteldə kilidli qaldığı, xüsusilə ata Servet Böcekin kilidli giriş qapısını açmağa çalışdığı, bu anda isə qapı önündə ambulansın gözlədiyi görünür.
İstintaq davam edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 600 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabr