Ana sevgilisinə əmr edib qızını öldürtdü
Braziliya ştatında polis dəhşətli cinayətin üstünü açıb. 24 yaşlı Allani Rayane Santos öz anasının göstərişi ilə öldürülüb. Ana mirası itirməkdən qorxduğuna görə belə addım atıb.
Qızın meyiti 17 noyabrda tapılıb. Onun əlləri bağlı olub, bədənində isə yaba və bıçaq izləri aşkarlanıb. Müşahidə kameralarına əsasən, Santosun anası ilə münasibətdə olan kişi qətldə şübhəli bilinib. Dindirilmə zamanı o, qadının göstərişi ilə hərəkət etdiyini etiraf edib.
Polisin məlumatına görə, bir müddət əvvəl qızın babası - cinayəti sifariş verdiyi iddia olunan qadının atası - vəfat edib. Mirasda üç ev və böyük məbləğdə pul qalıb. Qadın qızının mirasın hamısını tələb edəcəyini düşünüb və sevgilisinə onun "əmlakdan imtina etməsinə nail olmağı" tapşırıb.
Kişi Santosun evinə basqın edərək onu stula bağlayıb və mirasdan imtina etdirməyə çalışaraq işgəncə verib. Qız şərtlərlə razılaşmayınca, o, ölümcül xəsarətlər yetirib. Cütlük başqa ştata qaçmağa cəhd etsə də, ertəsi gün tutulub. /Lent.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 823 Tarix: 22 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabr