Donald Trampın ən yaxın silahdaşlarından biri öz postunu tərk etməyə hazırlaşır
Konqresin Nümayəndələr Palatasının üzvü Marcori Teylor-Qrin (Corciya ştatından respublikaçı) yanvar ayının əvvəlində öz postunu tərk etmək niyyətində olduğunu bildirib.
Oxu.Az xəbər verir ki, o, "X" sosial şəbəkəsində bununla bağlı paylaşım edib.
"Mən postumu tərk edirəm, 5 yanvar 2026-cı il mənim bu vəzifədə sonuncu günüm olacaq", - paylaşımda deyilir.
Prezident Donald Tramp isə Teylor-Qrinin 2026-cı ilin yanvar ayının əvvəlində vəzifəsini tərk etmək qərarını "əla xəbər" adlandırıb.
"Düşünürəm ki, bu, ölkə üçün əla xəbərdir. Bu əladır", - deyə ABŞ lideri "ABC News" telekanalının jurnalisti Reyçel Skottla söhbətində bildirib. O əlavə edib ki, qanunverici öz qərarı barədə ona əvvəlcədən məlumat verməyib.
Teylor-Qrin uzun müddət Konqresdə Trampın ən yaxın silahdaşlarından biri hesab edilib. Lakin ötən həftə ABŞ lideri onu sərt tənqid edib və seçkidə onu dəstəkləməyəcəyini bildirib. Tramp gileylənib ki, Teylor-Qrin onun siyasi qərarlarından narazılıq edir. Teylor-Qrin bildirib ki, Tramp xarici siyasət məsələlərinə həddindən artıq diqqət yetirir və bu da daxildəki siyasi məsələlərin ziyanınadır.
Qanunverici daha sonra bildirib ki, yetkinlik yaşına çatmayanların alverində ittiham olunan, həbsxanada intihar etmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların məxfiliyinin açılmasına çağırdığı üçün Tramp tərəfindən sərt tənqid edilib. Halbuki Konqres bu həftənin əvvəlində ABŞ Ədliyyə Nazirliyini bu işlə bağlı materialları açıqlamağa məcbur edən qanun layihəsini qəbul edib, Tramp da onu imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 511 Tarix: 23 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də dizelin qiyməti rekordu yeniləyib
ABŞ-də dizel yanacağının orta qiyməti bir qallon (3,79 l) üçün 6,49 dollara çataraq növbəti rekordunu müəyyən edib. "Report" xəbər verir ki, bu, Amerika Avtomobil Assosiasiyasının məlumatından bəlli olur. Məlumata görə, bir il əvvəl bir qallon dizel yanacağının qiyməti 3,70 dollar idi. Hazırd
20 sentyabrƏbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ömrünü əbədi yaşamaqla keçirmək arzusunda olan texnologiya milyarderləri əslində vaxtlarını boşuna sərf edirlər. Britaniyalı fizik Cim əl-Xəlili belə qənaətə gəlib. Onun fikrincə, həyatı mümkün qədər uzatmaq uğrunda sonsuz yarışa girməkdənsə, insana verilmiş zamanı dəyərləndirməyi öyrənmək daha vacibdir
20 sentyabrABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq
Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib. Sənədd
19 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabr