Dünyada ilk yaranan heyvan hansı olub? - Alimlər cavabı tapdılar

Dünyada ilk yaranan heyvan hansı olub? - Alimlər cavabı tapdılarBiologiyada onilliklərdir müzakirə edilən bir sual var: heyvanlar aləmində ilk yaranan canlı hansı olub? Cavab iki variant arasında dəyişir, əzələ və neyronlara malik olan qrebenli meduza (ctenophora) və ya bu strukturlara sahib olmayan dəniz süngərləri.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu sadə görünən sual alimləri artıq 10 ildən çoxdur iki fərqli düşərgəyə bölüb.

İlk heyvanlar haqqında mübahisə
Əgər ilk olaraq qrebenli meduzalar meydana gəlibsə, bu halda heyvanların ilk nümayəndələri artıq mürəkkəb sistemlərə malik idilər və süngərlər bu sistemləri təkamül ərzində itirmiş ola bilər. Əgər ilk olaraq süngərlər yaranıbsa, bu halda mürəkkəblik mərhələ-mərhələ artıb.

Məhz buna görə də mübahisə bu qədər uzun çəkir.

Kaliforniya Universitetinin (Berkeley) alimləri illərlə apardıqları müşahidələrdən sonra bu uzunmüddətli müzakirəyə qoşulublar. Laboratoriya əsasən heyvanların mənşəyini araşdırsa da, bu mövzuda yaranan suallar onları kənarda saxlaya bilməyib.

Tədqiqatın həmmüəllifi Nikol Kinq deyib: "Düşünürəm ki, hamımız nədən gəldiyimizi bilmək istəyirik."

Onun sözlərinə görə, qrebenli meduzaların ilk yaranan canlılar ola biləcəyi fikri "illərdir atası hesab etdiyin insanın əslində o olmaması ilə bağlı xəbərə bənzəyirdi".

Süngərlər və qrebenli meduzalar: kim daha qədimdir?
Uzun illər ərzində alimlərin əksəriyyəti süngərlərin ilk yaranan canlılar olduğunu düşünürdü. Lakin bu fikir 2008-ci ildə yayılan genomik tədqiqatdan sonra dəyişdi. Nəticələr qrebenli meduzaların heyvanlar aləminin əsasının onlar ola biləcəyini göstərirdi.

Bu, tədqiqatçılar üçün gözlənilməz idi, çünki bu halda əzələ və neyronlar süngərlərdə yox olmaqla təkamüldə geriyə doğru addım atmış olardı.

Son illərdə genetikanın yeni alətləri də mübahisəni daha da dərinləşdirdi.
2023-cü ildə aparılan başqa bir metod genlərin xromosomlarda fiziki yerləşməsinin analizi yenidən qrebenli meduzaları göstərdi.

Berkeley komandası necə araşdırdı?
Nikol Kinq bu mübahisəyə qoşulmaq istəməsə də, laboratoriyaya filogeniya və hesablama biologiyası üzrə təcrübəli postdoktor Ceykob Stinvik qoşulduqdan sonra vəziyyət dəyişdi. Kinq süngərlərin, Stinvik isə qrebenli meduzaların daha qədim olduğuna inanırdı, beləliklə, qeyri-adi elmi tərəfdaşlıq yarandı.

Onlar mövcud məlumatları yenidən və daha geniş metodologiya ilə təhlil etməyə qərar verdilər. Komanda çox sayda orqanizmdən qorunmuş genləri birləşdirən böyük data bazası hazırladı və müxtəlif analitik yanaşmaları vahid modeldə cəmləşdirdi.

Daha sonra onlar nəticələrin etibarlılığını yoxlamaq üçün statistikanın müxtəlif testlərini tətbiq etdilər. Məqsəd tək bir sübuta güvənməkdən qaçmaq idi.

Nəticə: ilk yaranan canlı kim olub?
Statistik testlər aydın nəticə göstərdi: ilk yaranan canlılar süngərlər olub.

Testlərin 62%-i süngərlərin ilkin növ olduğunu təsdiqlədi, 38%-i nəticə vermədi. Heç bir test qrebenli meduzalar hipotezini dəstəkləmədi.

Nikol Kinq bildirir: "Bizim analiz süngərlərin ilk yarandığı fikrini güclü şəkildə dəstəkləyir. Bu, morfologiyaya əsaslanan əvvəlki tədqiqatlarla da üst-üstə düşür. Lakin məsələ hələ tam həll olunmayıb, son sözü bütün elmi cəmiyyət deməlidir".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 15066   Tarix: 23 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yüksək təzyiqin daha bir səbəbi məlum oldu

Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio

6 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Balığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin

Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd

4 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

A frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?

A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri

5 oktyabr
.

Avtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?

Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını

11 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr