Ən düzgün arıqlamağın YOLLARI - Dietoloqlar izah edir
Dietoloqlar və həkimlər kəskin arıqlamanın nə ilə təhlükəli olduğunu izah ediblər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, günümüzdə gözəlliklə bağlı dərhal nəticə vədləri ilə doludur: "Həftəyə 5 və ya 10 kilo — asan!". Belə şüarlar parlaq "öncə və sonra" fotoları ilə müşayiət olunur və ideal bədənə gedən yolun çox asan olduğu illüziyasını yaradır.
Belə "ekspress-pəhrizlərin" əsas səhvi kalori kəskin şəkildə məhdudlaşdırılmasıdır. Güclü kalori defisiti zamanı orqanizm stress yaşayır və təkcə yağ ehtiyatlarını deyil, həm də əzələ toxumasını və suyu xərcləməyə başlayır. Nəticədə çəki həqiqətən sürətlə azalır, lakin bu, yağın deyil, susuzlaşmanın və güc itkisininn hesabınadır. Bununla yanaşı, maddələr mübadiləsi yavaşlayır və pəhriz bitdikdən sonra çəki demək olar ki, həmişə geri qayıdır — bəzən hətta daha artıq şəkildə.
Həkimlər qeyd edirlər ki, fizioloji və təhlükəsiz çəki azalma tempi həftədə 300 qramdan 1 kiloqrama qədər yağ itkisidir. Daha sürətli templər yalnız ciddi piylənməsi olan insanlarda və həkim-dietoloqun nəzarəti altında mümkündür. Əgər tərəzi bir neçə gün ərzində 3–5 kilo azalırsa, bu, təhlükə siqnalıdır: orqanizm əzələ itirir, su-duz balansı pozulur və böyrəklərə, ürəyə yük artır.
Bundan əlavə, ekstremal pəhrizlər hormonal fonda mənfi təsir göstərir, xüsusilə qadınlarda. Yağ və zülal çatışmazlığı menstruasiya dövrünün pozulmasına və reproduktiv sağlamlıq problemlərinə səbəb ola bilər.
Dietoloqlar xatırladırlar: davamlı və təhlükəsiz arıqlama vaxt və sistemlilik tələb edir. Rasiona keyfiyyətli zülallar, mürəkkəb karbohidratlar, faydalı yağlar və kifayət qədər su
daxil edilməlidir. Mütəmadi fiziki fəaliyyət və normal yuxu təsiri gücləndirir və orqanizmə ziyan vurmadan yağ yandırmağa kömək edir.
Beləliklə, "yavaş, amma düzgün" prinsipi sağlam bədənə aparan yeganə doğru yoldur. Sürətli arıqlama qısamüddətli nəticə verə bilər, amma balanslı yanaşma həm gözəl fiqura, həm də uzun illər sağlamlığa zəmanət yaradır.
Ekspertlər arıqlamağa mane olan məhsulları açıqlayıblar. Siyahıda, digər məhsullarla yanaşı, şəkər və ağ çörək də var, buna görə onları qidalanmada minimuma endirmək lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 688 Tarix: 25 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabr"50 qəpik"də maşın yuyanların diqqətinə
Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara
11 oktyabrBalığın sümüyü boğazınızda qalarsa... bu səhvi etməyin
Çörək, düyü və maqqaş boğazda qalan balıq sümüyünü çıxarmaq üçün insanların tez-tez əl atdığı üsullardandır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu üsullardan bəziləri vəziyyəti daha da ağırlaşdıra və müalicəni çətinləşdirə bilər. xarici mediaya istinadən xəbər verir ki, balıq yeyərkən xırd
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabrYaş saçla yatmayın: Bu riski artıra bilər
Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş
4 oktyabrA frame ev tikintisi üçün torpaq sahəsi necə seçilməlidir?
A frame ev tikmək üçün torpaq axtararkən sahənin relyefi, torpağın quruluşu və tikilinin yerləşəcəyi hissə nəzərə alınmalıdır. Düz və ya az maili ərazi tikinti işlərini asanlaşdırır, çox maili və nəm torpaq isə əlavə qazıntı, drenaj və fundament işləri tələb edə bilər. Sahəyə girişin olması, su və elektri
5 oktyabrAvtomobil bazarında yeni tələblər - Bazarda qiymətlər artıracaq?
Avtomobil bazarında yeni mərhələ başlayır. Son illər münasib qiyməti, müasir texnologiyaları və zəngin komplektasiyası ilə alıcıların diqqətini çəkən Çin avtomobillərinin idxalında azalma müşahidə olunur. İndi isə bazarı daha ciddi dəyişikliklər gözləyir. Xəzər TV-yə istinadən bildirir ki, idxalın azalmasını
11 oktyabr