Yeni iPhone alanların etdiyi səhv - Ondan necə qaçmaq olar?
Android-dən iPhone-a keçən bir çox istifadəçi iOS-un tamamilə fərqli qaydalarla işlədiyini görür. Bu isə batareyanın zədələnməsinə, fotoların itirilməsinə və ümumi istifadə təcrübəsinin pisləşməsinə səbəb ola biləcək tipik səhvlərə gətirib çıxarır.
Lent.az xarici mediaya istinadla yeni iPhone istifadəçilərinin ən çox etdiyi 5 səhvi və onlardan necə qaçmağı açıqlayır.
1. Ucuz və keyfiyyətsiz şarj aksesuarlarından istifadə
Yeni iPhone modelləri artıq adapterlə birlikdə təqdim olunmadığından, istifadəçilər tez-tez ən ucuz variantlara üz tuturlar. Lakin sertifikatsız şarj cihazları həddindən artıq qızma, yanlış gərginlik və batareyanın tutumunun tədricən azalmasına səbəb ola bilər.
Ekspertlər bildirirlər ki, ən yaxşı seçim "Apple"nin orijinal adapterləri və ya MFi sertifikatlı (Made for iPhone/iPad/iPod) etibarlı brendlərdir.
2. Yaddaşı boşaltmaq üçün fotoları silmək
Yeni istifadəçilər çox vaxt fikirləşirlər ki, iCloud "ehtiyat nüsxə"dir. Əslində isə iCloud sadəcə sinxronizasiya edir: bir cihazda foto silinsə, o, bütün cihazlardan silinir.
Məlumat itkisini önləmək üçün: Parametrlər→ Foto → Saxlama optimallaşdırılması seçimini aktiv edin. Bu zaman orijinal şəkillər iCloud-da qalır, cihazda isə yığcam versiyalar saxlanır.
3. Batareya üçün tətbiqləri məcburi bağlamaq
Android vərdişi olan bir çox istifadəçi enerjiyə qənaət etmək üçün bütün tətbiqləri bağlayır. Amma iOS fərqli işləyir: tətbiqlərin daima bağlanıb yenidən açılması fon rejimində "dondurulmuş" vəziyyətdə qalan tətbiqlərdən daha çox enerji sərf edir.
Tətbiqləri məcburi bağlamaq yalnız donma və ya nasazlıq baş verdikdə lazımdır.
4. Sistem yeniləmələrini gecikdirmək
Bəzi istifadəçilər yeniləmələrdən sonra telefonun pis işləyəcəyindən qorxaraq iOS apdeytlərini görməməzliyə vurur.
Amma reallıqda iOS yeniləmələri əksər hallarda stabil iş rejimini yaxşılaşdırır, təhlükəsizlik boşluqlarını bağlayır.
Yeniləmədən sonra batareyada müvəqqəti azalma normaldır, çünki sistem fon proseslərini tamamlayır.
5. "iPhone"nin daxilindəki funksiyaları görməməzlikdən gəlmək
Yeni istifadəçilər tez-tez Find My, AirDrop və Siri kimi funksiyaları ya çətin, ya da lazımsız hesab edirlər. Halbuki onlar çox vacibdir:
Find My cihaz itdikdə və ya oğurlandıqda onu tapmağa kömək edir.
Siri səsli əmrlərlə mesaj göndərmək, xatırlatma qurmaq və digər tapşırıqları yerinə yetirməyə imkan verir.
AirDrop Apple cihazları arasında faylları Wi-Fi və Bluetooth vasitəsilə birbaşa ötürür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi