Şübhəlilər etiraf edib! Louvre Muzeyindəki məşhur soyğunda Rusiyanın əli var?
Dünyaca məşhur Louvre Muzeyində baş verən soyğunla bağlı Fransada aparılan istintaq daha da genişlənib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, nəzarətdə olan şübhəlilər, soyğun tapşırığını "Slav aksentli iki kişi"dən 15 min avro müqabilində aldıqlarını etiraf ediblər. Bu ifadə, Fransız kəşfiyyatının uzun müddətdir gündəmdə saxladığı mümkün Rusiya bağlantısı şübhəsini gücləndirib. Peşəkar şəkildə planlanmış əməliyyatın az diqqət çəkən şəxslərlə həyata keçirilməsi isə Parisdə "xarici müdaxilə" müzakirələrinə səbəb olub.
Soyğunla bağlı sonuncu şübhəli də yaxalandı
19 oktyabrda Louvre Muzeyində törədilən soyğundan təxminən bir ay sonra Fransa polisi, 4 nəfərlik dəstənin son üzvünü də saxlayıb. Şübhəlinin daha əvvəl tutulmuş 3 nəfərlə əlaqəli olduğu və Parisin Seine-Saint-Denis bölgəsində yaşadığı bildirilib. Ona qarşı "təşkil olunmuş cinayət" və "cinayət ortaqlığı" maddələri ilə istintaq başlanılıb. Lakin şübhəlinin kimliyi və yaşı barədə hələlik məlumat açıqlanmayıb. Muzeydən oğurlanan 8 zinət əşyası isə hələ də tapılmayıb.
Şübhəlilərin ifadələri Rusiya bağlantısı ehtimalını artırdı
Nəzarətdə olan şəxslərdən biri ifadəsində, soyğun tapşırığını hadisədən bir neçə gün əvvəl "Slav aksentli iki kişi"dən aldığını, 15 min avroya razılaşdırdıqlarını və ona hədəf kimi "tərk edilmiş bir bina" göstərildiyini bildirib. O, soyğun zamanı Louvre Muzeyindəki Fransız Krallıq Zinət Əşyələri kolleksiyasının saxlandığı Galerie d’Apollon bölməsində olduqlarını belə bilmədiyini iddia edib. Digər şübhəli də əməliyyatı təşkil edən şəxslərin eyni aksentlə danışdığını deyib.
Fransız kəşfiyyatının ilkin hesabatında hadisənin Fransanı daxildən qeyri-sabitləşdirməyə yönəlmiş bir "xarici müdaxilə" ola biləcəyi vurğulanıb. Məmurlar, şübhəlilərin cinayət keçmişinin çox az olmasının, əməliyyatın arxasında "xarici bir beyin" ola biləcəyini gücləndirdiyini bildirib. Hesabatda ipuclarının Rusiyaya işarə etdiyi də qeyd olunub.
Yeddi dəqiqəlik soyğun və itən tarixi əşyalar
Hər gün minlərlə ziyarətçini qəbul edən, təxminən 35 min əsərin sərgiləndiyi Louvre Muzeyində 19 oktyabr səhəri soyğun törədilmişdi. Soyğun zamanı Krallıq mücəvhərlərinin yerləşdiyi Apollo Qalereyası bölməsindən "ölçülməz dəyərdə" 9 əsər oğurlanmışdı. Oğruların qaçarkən düşürdüyü güman edilən, III Napoleonun həyat yoldaşı İmperatoriça Eugeniyə aid tac isə daha sonra zədələnmiş halda muzeyin çöl hissəsində tapılmışdı. Tarixi əhəmiyyət daşıyan 8 zinət əşyası ilə qaçan 4 nəfərin həyata keçirdiyi əməliyyat cəmi 7 dəqiqə davam etmişdi.
Muzeydəki təhlükəsizlik boşluğu gündəmdə
Sayıştayın ilkin hesabatında, muzeydə təhlükəsizlik standartlarına uyğun texniki avadanlıqların təmin olunmasında "davamlı" və "əhəmiyyətli dərəcədə" gecikmələr yaşandığı, bunun isə ciddi təhlükəsizlik boşluğu yaratdığı bildirilib. Louvre Muzeyinin direktoru Laurence Des Cars, 22 oktyabrda Senatın Mədəniyyət Komissiyasında ifadə verərək soyğunla bağlı "məsuliyyəti qəbul etdiyini" deyib və Mədəniyyət naziri Rachida Datiyə istefasını təqdim etdiyini, lakin istefasının qəbul edilmədiyini açıqlayıb.
Soyğundan sonra muzeydə sərgilənən bəzi mücəvhərlər təhlükəsizlik məqsədilə Fransa Bankına köçürülüb. Hadisə ilə əlaqəli 2 nəfər 29 oktyabrda, başqa bir şübhəli isə 2 noyabrda həbs edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qızılın bir qramı neçəyə oldu?
Ehtiyatda olan polkovnik-leytenant vəfat etdi
Müşfiq Abbasov məktəblərdə geyim tələbləri barədə danışdı
Bağçada nəzarətsiz qalan uşağın qolu qırıldı - Anbaan video
"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"- B.Yıldırımla özəl müsahibə
İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Sergey Lavrov Bakıya gəldi
Heç bir iddia Vətəndən, heç bir təəssübkeşlik Dövlətçilikdən üstün deyil!
"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
"Təhsil sistemində müəyyən edilmiş qaydalar təsadüfi deyil, aydın hüquqi və pedaqoji məqsədlərə xidmət etməlidir" - Elnarə Akimova
Qız uşaqlarının taleyi niyə qurban verilir? İran, Əfqanıstan və bəzi ərəb ölkələrinin acı reallığı
Məktəbli forması sadəcə geyim deyil: Nizam-intizamın əsas tələbi
Bakıda "Kəlağayı" yürüşü - Video
Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Bakıda çox sayda şəxs məktəb mühafizəçisinə hücum etdi - Ağır xəsarət yetirildi