Bu kənd 60 ildir dövlət və sakinlər tərəfindən qorunur!
Vanın Özalp rayonuna bağlı Emek məhəlləsində 1964-cü ildə diqqətlə və simmetrik plana uyğun şəkildə inşa edilən evlər, payız mövsümündə saralan ağacların yaratdığı rəng ahəngi ilə heyranedici görüntülər meydana gətirir.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, 1965-ci ildə Trabzonun Çaykara rayonundan bölgəyə köç edən Karadenizli ailələr üçün salınan bu məhəllənin simmetrik quruluşu, aradan keçən 60 ilə baxmayaraq orijinallığını qorumaqda davam edir. Məhəllə sakinlərinin əsas binaların memarlıq estetikasını pozmadan etdikləri əlavələr isə bu memarlıq irsinə olan hörməti əks etdirir.
Xüsusilə quş uçuşu görüntülərdə, saralmış ağacların simmetrik evlər arasında yaratdığı kontrast payızın gözəlliyini bütün çalarları ilə ortaya qoyur. Sarı və qəhvəyi rənglərin müxtəlif tonlarına bürünmüş yarpaqlar məhəlləyə özünəməxsus bir estetik qatır.
Məhəllənin nizamlı yerləşmə planı, paralel uzanan küçələri və eyni memarlıq üslubunda tikilmiş evləri payız işıqları ilə birləşərək seyrinə doyulmaz mənzərələr yaradır. Sarı və qəhvəyi rənglərlə örtülmüş ağaclar və günəş işığının binaların fasadlarına düşməsi, məhəlləni adeta kartpostallıq bir görünüşə qovuşdurur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 10485 Tarix: 28 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr