Ukrayna Ordusu Rusiyanın aviatəmir zavoduna hücum edib
Ukrayna Müdafiə Qüvvələri noyabrın 29-na keçən gecə Rusiya ərazisindəki Afipski neft emalı zavoduna, aviatəmir zavoduna və dəniz neft terminalına zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.
"Rusiyanın hərbi-iqtisadi potensialının azaldılması çərçivəsində noyabrın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri bir neçə mühüm obyektə uğurlu zərbələr endirib", - məlumatda bildirilib.
Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində yerləşən, "Tu-95" strateji bombardmançı təyyarələrinin və "A-50" təyyarələrinin modernləşdirildiyi aviatəmir zavoduna zərbələr endirilib.
İlkin məlumata görə, "Tu-95" təyyarələrinin təmir sexində yanğın baş verib.
Bundan başqa, Ukrayna Müdafiə Qüvvələri Krasnodar diyarındakı "Afipski" neft emalı zavoduna növbəti dəfə zərbə endirib. "Hədəf zonasında partlayışlar qeydə alınıb, daha sonra obyektdə yanğın baş verib. Dəymiş ziyanın dərəcəsi dəqiqləşdirilir", - məlumatda qeyd olunur.
Rusiya həmçinin noyabrın 25-də Krasnodar diyarındakı "Tuapse" limanının dəniz neft terminalı infrastrukturuna zərbələr nəticəsində RO-5000 şaquli rezervuarının məhv edildiyini təsdiqləyib.
"Müdafiə qüvvələrinin bütün tərkib hissələrinin Rusiya silahlı qüvvələrinin mühüm hədəflərinə qarşı birgə fəaliyyəti RF-nin Ukraynaya qarşı təcavüzü tamamilə dayandırılana qədər davam edəcək", - Baş Qərargadan bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 342 Tarix: 29 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İsrail Livanda "Hizbullah"ın silah zavoduna zərbə endirib
İsrail Müdafiə Qüvvələrinin (IFD) Livanın Bekaa şəhərinə gecə endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının gizli silah istehsalı obyekti vurulub. "Report" xəbər verir ki, bu barədə IDF məlumat yayıb. "Hizbullah"ın Tir rayonundakı digər infrastruktur obyektlər
23 mayAya gedən "gizli yol" tapıldı
Beynəlxalq alimlər qrupu Yerlə Ay arasında kosmik missiyaların enerji sərfini azalda biləcək yeni orbital trayektoriya müəyyən etdiklərini bildiriblər. "Qafqazinfo" xəbər verir ki, astrodinamika sahəsində aparılan araşdırmaya görə, yeni model kompüter simulyasiyaları vasitəsilə 30 milyon fərql
22 mayAlimlər qədim xəzinədə Yerdə olmayan qəribə metal tapdı
"Vilyena xəzinəsi" adlandırılan və əsasən qızıldan hazırlanmış 66 əşyadan ibarət kolleksiya 60 ildən çox əvvəl aşkarlanıb. Lakin alimlərin fikrincə, ən qiymətli tapıntılar qızıl əşyalar deyil, korroziyaya uğramış iki qəribə predmetdir. Qaynarinfo "Science Alert"ə istinadən xəbər veri
18 mayFransa süni intellektdən fəal istifadə edilən filmlərə dəstəyi azaldacaq
Fransa filmlərin və onların tərcümələrinin yaradılmasında süni intellektdən (Sİ) həddindən artıq istifadə olunmasına qarşı çıxır. "Report" xəbər verir ki, bunu mədəniyyət naziri Katrin Peqar 79-cu Kann kinofestivalı çərçivəsində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə
17 mayÇində zəlzələ, ölənlər var
Çinin Quansi-Çjuan muxtar rayonunda 5,2 bal gücündə zəlzələ qeydə alınıb. "Qafqazinfo" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, ilkin məlumata görə, iki nəfər həlak olub, daha bir nəfər itkin düşüb. Yeraltı təkanlar Lyuçjou şəhərində baş verib. Bölgəyə 300 nəfərdən çox xilasedic
18 mayYadplanetlilər bizi niyə görmürlər? - Kainatın içində itən sivilizasiyalar
Kainatın böyüklüyünü insan beyni intuitiv şəkildə qavraya bilmir. Problem sadəcə məsafə deyil. Həm məkan, həm də zaman miqyası insan təfəkkürünün öyrəşdiyi ölçülərdən tamamilə kənardadır. Kainatın genişlənməsi o deməkdir ki, məkanın özü zamanla böyüyür və buna görə də qalaktikalar bir-birindən uzaqlaşır
18 may