Azərbaycanda bu iki söz YOXA ÇIXIR – Hər evdə işlənirdi…
Müğənni Emil Bədəlovun uşaqları ilə bağlı açıqlaması sosial şəbəkələrdə müzakirələrə çevrilib. Sənətçi bildirib ki, qızları ona "ata" demirlər.
Sitat: "Adımla çağırırlar. Deyirlər, "ata" deyəndə ətimiz tökülür".
Maraqlıdır ki, əksəriyyət oxşar fikirlərlə çıxış edir, yəni hazırda uşaqların valideynlərini adları ilə çağırmaq tendensiyası yaranıb.
Bu, təhlükəlidir, yoxsa müasir dövrdə normal qəbul edilməlidir? "Ata", "ana" sözlərinin zamanla az işlədilməsi hansı fəsadlara yol aça bilər?
Globalinfo.az-a danışan uşaq və yeniyetmə psixologiyası üzrə mütəxəssis Nərmin Ağayeva deyib ki, uşaqların valideynlərini adla çağırması sadəcə bir trend deyil, ailə sistemində səssiz şəkildə yaranan çatın göstəricisidir:
"Sosial şəbəkələrdə "Ata demirik, adla çağırırıq" kimi fikirlər müasirlik kimi təqdim olunsa da, psixoloji baxımdan bu, heç də zərərsiz deyil. Söhbət yalnız müraciət formasından yox, uşağın psixikasında rol boşluğunun yaranmasından gedir. Övladın "ana" və "ata" deməkdə çətinlik çəkməsi emosional bağlılığın zəifləməsi, valideyn avtoritetinin sarsılması və ailə sərhədlərinin pozulması anlamına gələ bilər. Adla müraciət çox vaxt rol dəyişikliyinin siqnalıdır. Çünki psixologiyada "ana" və "ata" sözləri sadəcə ad deyil, təhlükəsizlik, dayaq, yönləndirmə və güvən simvoludur. Bunun zəifləməsi uşağın sərhəd hissini zədələyir, davranış pozuntusu riskini artırır, yeniyetməlik dövründə avtoritet problemi yaradır və valideyn sözünün təsirini azaldır".
Azərbaycanda bu iki söz yoxa çıxır - Hər evdə işlənirdi...
Psixoloq qeyd edib ki, bu prosesi normal kimi təqdim etmək risklidir:
"Əgər uşaq valideynini adla çağırırsa, ilk sual "Niyə?" olmalıdır. Səbəb emosional bağlılıq, istilik və güvən sahəsində çətinlikdirsə, problem daha ciddi qiymətləndirilməlidir. Lakin başqa amillərlə əlaqəlidirsə, yenə də araşdırma tələb olunur. Valideyn uşaq üçün sadəcə ad deyil, psixoloji identifikasiya sütunudur. Bu laxlayanda isə ailə sistemi çökür. Ona görə də hazırkı tendensiya ailə strukturu üçün real risk yaradır".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2171 Tarix: 30 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr