Qışda avtomobili nə qədər tez-tez yumaq lazımdır?
Qış başlayanda yollarda təkcə qar yox, həm də sürüşkənliyi azaltmaq üçün səpilən yol duzu görünür. Natrium xlorid, kalsium xlorid və maqnezium xlorid kimi müxtəlif qarışıqlar qiymət və effektivliyinə görə fərqlənsə də, onların hamısı metalların, o cümlədən avtomobillərin korroziyasını sürətləndirir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, avtomobilinizi yol duzu ilə təmasdan qoruyacaq heç bir üsul yoxdur yeganə çıxış evdən çıxmamaqdır. Buna görə də ən düzgün həll maşını təmiz saxlamaqdır. Beləliklə, gövdə panellərini və asma hissələrini zədələməyə başlaya biləcək duz qalıqlarının toplanmasının qarşısını ala bilərsiniz. Maşını yuma tezliyi duza məruz qalma səviyyəsindən asılıdır. Minimum olaraq ayda bir dəfə yuyun, amma duzlu yollarda mütəmadi olaraq hərəkət edirsinizsə, daha tez-tez yumaq lazımdır.
Qışda avtomobili nə vaxt yumaq lazımdır
Qış mövsümündə avtomobili təmizləməklə bağlı sərt qayda yoxdur. Hər şey maşının yol duzu ilə nə qədər tez-tez təmasda olmasından asılıdır. Qar və buzun nadir görüldüyü bölgələrdə ayda bir dəfə və ya güclü qar-boranlardan sonra avtomoykaya getmək kifayətdir. Əgər yaşadığınız bölgədə yollar daim qar və buzla örtülüdürsə və yol duzu ilə təmas gündəlik baş verirsə, avtomobili hər 1-2 həftədən bir yumaq lazımdır.
Evdə avtomobil yumaq isə praktiki deyil, xüsusilə temperatur sıfırdan yuxarı qalxmayan bölgələrdə su donaraq həyəti və giriş yolunu daha da sürüşkən edir. Bu səbəbdən ən rahat yol avtomoykaya getməkdir.
İdeal halda fırçasız, yəni duz və çirki boya qatına sürtməyən kontaktsız avtomoyka seçilməlidir. Həmçinin asma hissələrin yuyulmasını təklif edən avtomoyka daha yaxşıdır beləliklə, asqı sistemini, egzozu və əyləcləri də təmizləmək olur. Sadə səth yuma bu çətin hissələrə çatmır.
Kommersiya avtomoykalarında adətən isti sudan istifadə edilir ki, bu da çirk və duzu daha yaxşı həll edir və qapı rezinlərində donma riskini azaldır. Əgər avtomobili özünüz yumaq istəyirsinizsə, bunu havanın temperaturu ən azı +10 °C olduqda edin.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 529 Tarix: 30 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Telefonda zəng müddətini necə uzatmaq olar?
Smartfonda bir çox parametri dəyişmək mümkündür: əsas ekranın görünüşündən tutmuş zəng melodiyasına qədər. Amma gələn zəngin səsli poçta yönləndirilməzdən əvvəl neçə saniyə davam edəcəyini seçmək üçün ayrıca ayar adətən olmur. xəbər verir ki, zəngin müddətini dəyişmək mümkündür, lakin bunu telefonu
4 oktyabrEvdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın
Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri
10 oktyabrZaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı
Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları
8 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrHündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə
Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti
11 oktyabrPulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb
Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund
3 oktyabr