Qətər XİN: İsrail Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsinə keçidə mane olmamalıdır
İsrail atəşkəs planının növbəti mərhələsinə keçidi, iki girovun cəsədlərinin hələ də Qəzza zolağında qalması səbəbindən təxirə salmamalıdır.
"Report"un məlumatına görə, bunu "Al-Araby Al-Jadeed"ə müsahibəsində Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Macid əl-Ənsari bildirib.
"İki girovun cəsədinin təhvil verilməsi mühüm məsələdir. Fələstin tərəfi cəsədlərin qaytarılması və İsrailin hər hansı bəhanəsinin qarşısını almaq üçün çalışır", – deyə o qeyd edib.
Əl-Ənsarinin sözlərinə görə, hazırda Qətər və regiondakı tərəfdaşları planın ikinci mərhələsinə keçməyə və bununla da Qəzza zolağında müharibəyə son qoyacaq davamlı sülhə nail olmağa çalışırlar.
"Bu mərhələdə atəşkəsə nail olmaq əhəmiyyətli çətinliklərlə müşayiət olunur, lakin biz, o cümlədən regional iştirakçılar, beynəlxalq ictimaiyyət və ABŞ bu planın uğurla nəticələnməsi və müharibəyə son qoyması üçün birgə səylər göstəririk", – deyə o vurğulayıb.
Ənsari, həmçinin bildirib ki, Doha ilə Təl-Əviv arasında istənilən potensial münasibətlərin normallaşması yalnız Fələstin məsələsinin həlli çərçivəsində mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 442 Tarix: 30 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılığa gəlib
Ağ Ev lideri Donald Tramp ABŞ və Danimarkanın Qrenlandiyanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin Vaşinqtona ötürülməsi barədə razılığa gəldiyini bildirib. "Report"un məlumatına görə, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb. "ABŞ-nin Qrenlandiyad
20 sentyabrVenesuela qızıl ehtiyatlarını Londondan Nyu-Yorka köçürür
Venesuela hökuməti və müxalifət qüvvələri ölkənin qızıl ehtiyatlarının İngiltərə Bankından Nyu-York Federal Ehtiyat Bankına keçirilməsini nəzərdə tutan razılaşmanı imzalamaq ərəfəsindədir. Hazırda Britaniyanın mərkəzi bankında ümumi dəyəri təqribən 4 milyard dollar olan 31 ton Venesuela qızıl külçəs
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrİran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrRusiya qazı yenidən Almaniyaya tədarük edilə bilər: Şərtlər irəli sürüldü
Almaniya üçün Alternativ (AfD) Partiyası Rusiya ilə Ukrayna arasında sülh razılaşması əldə olunacağı təqdirdə Moskva ilə enerji tədarükünün bərpasını və "Şimal axını" boru kəmərlərinin yenidən işə salınması imkanını müzakirə etməyi planlaşdırır. "Reuters"ə istinadən xəbər verir ki
20 sentyabrİran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər
İran hələ də ölkənin mərhum ali rəhbəri Əli Xameneinin fətvasına sadiqdir və nüvə doktrinasını dəyişməyib. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai deyib. "ABŞ və İsrailin hərəkətləri bizə Nüvə Silahlarının Yayılmaması Müqaviləsində
20 sentyabr